Icma.az
close
up
RU
Kasıb kişini anası sevsin!

Kasıb kişini anası sevsin!

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Kubra Məhərrəmova yazır...

Əl-Bəqərə surəsi, 36-cı ayə: Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır".

Yazıma təsadüfən Quranın bu ayəsi ilə başlamadım. Çünki yeniyetmə yaşlarımda bu ayəni eşidəndə düşünmüşdüm ki, sən bir işə bax, deməli, qadın və kişi sonunda bir-birinə düşmən imiş... Bəlkə də səhv mövqedəyəm, lakin bu gün dünyada və ölkəmizdə baş verənləri, iki cinsin sanki bir-birinə müharibə elan etməsini görəndə yenə bu ayə yadıma düşdü.

Son dövrlər ölkəmizdə nikahların azalması, bunun fonunda boşanmaların artması inanın ki, yalnız ölkəmiqyaslı hadisə deyil. Bütün dünyada eyni proseslər baş verir - istər inkişaf etmiş, iqtisadi cəhətdən əsaslı ölkələrdə, istərsə də inkişaf etməkdə olan ölkələrdə.

Qısa məzmun odur ki, bir qədər maliyyə imkanları yüksək olan şəxslər əldə etdikləri var-dövləti riskə atmamaq üçün ya rəsmi nikaha və münasibətə girmir, ya da bunu çox ciddi nikah müqaviləsi ilə əsaslandırırlar. Çünki bu gün heç kim mülkiyyətinin yarısını kiməsə vermək arzusunda deyil və haqlıdır da.

İkincisi, insanların artıq sağ qalmaq üçün bir-birinə ehtiyacı yoxdur. Dünya sistemi elə qurulub ki, hər iki cinsin nümayəndəsi xidmət sektorundan yararlanaraq ehtiyaclarını ödəyə bilir. Bazarlıq lazımdır? - tətbiqlə sifariş ver, evə çatdırsınlar. Sürücü lazımdır? - eyni qaydada. Yemək, geyim, hər şey bircə telefonla həll olunur. Nə qadının kişiyə, nə də kişinin qadına əməlli-başlı ehtiyacı qalmır. Bu texniki tərəqqi fonunda isə insan münasibətlərinin tənəzzülü yaşanır.

Əvvəlki nikahların "möhkəm" olmasının əsas səbəbi kimi sosioloqlar məhz bunu misal gətirirlər: qadınlar maddi-mənəvi cəhətdən kişilərdən asılı olduqları üçün boşanmırdılar və daha "dözümlü" rejimdə yaşayırdılar. Bu gün isə qadın özü işləyir, təhsil alır, səyahət edir, ipoteka götürür, kreditə maşın alır. Halbuki çox yox, cəmi 30-40 il əvvəl qadınların maliyyə manevrləri çox məhdud idi. Statistika göstərir ki, o dövrdə qadınların əsas hissəsi yalnız evdarlıq və ailə qayğıları ilə məşğul olur, kişilər isə ailənin maddi təminatını həyata keçirirdilər.

Paradoks bundadır ki, bu gün sanki qadının kişiyə, kişinin də qadına ehtiyacı yoxdur. Məişət məsələlərini kişilər də tətbiqlər vasitəsilə həll edirlər, "emosional ehtiyacları" isə yumşaq desək, tanışlıq saytları ödəyir.

Qadının biznes, təhsil, idarəetmə və siyasət sahələrində daha böyük imkanlara çatması artıq danılmaz faktdır. Amma cəmi 100 il əvvəl qadının cəmiyyətdəki əsas rolu nəsil artırmaq, övlad dünyaya gətirib böyütmək, evi idarə etmək və mütləq şəkildə kişinin qulluğunda durmaq idi.

Adicə bir misal: XX əsrin əvvəllərində elə bizdə - Azərbaycanda qızları hamamda bəyənirdilər. Yəni gələcək nəsil artımını həyata keçirəcək qadının sağlam, əzalarının yerində olması əsas tələb idi, onları universitetlərdən seçmirdilər. Bu, əsl iqtisadi və ticari razılıq idi: bir tərəf sağlam qadın təklif edirdi, digər tərəf isə onu alırdı.

Bəs bu gün iqtisadi və ticari razılıq necə müəyyən olunur? Təhsil almış, az-çox səyahət etmiş, minimal ehtiyaclarını ödəyə bilən hər iki cins bir-birinə çox ehtiyatla, bəzən isə aqressiv yanaşır. Sosial şəbəkələrin yaratdığı cərəyana qoşulub bir-birini özündən daha aşağı cins kimi təqdim edirlər.

Elə bizdə də kifayət qədər "qadınlara qarşı" kampaniya aparanlar var. Özü də bunu ölkədə az-çox tanınan kişilər həyata keçirirlər. Onların tezisləri "qadın kişidən ağılsızdır", "qadın kişidən gücsüzdür", "qadın kişidən bacarıqsızdır" ifadələri ətrafında tirajlanır. Qadının geyiminə qarışan "namus-qeyrət" müdafiəçiləri onun bədən quruluşunu açıq şəkildə müzakirə edir və təhqiri "milli mentalitet" adı altında həyata keçirirlər. Bu qrup kişilərə görə "milli mentalitet" ancaq qadına aiddir və onun bakirə olması bunu müəyyən edir. Sən demə, bakirəlik elə "milli mentalitet" deməkdir.

Bundan başqa, boşanmış qadınlara qarşı "ikinci sort", "xalaşka", "kiminsə artığı" və bundan daha betər ifadələr işlədilir. Bəs o halda boşanmış kişilərə qarşı niyə belə ifadələr deyilmir? Çünki cəmiyyətin əksəriyyəti düşünür ki, "kişiyə olar".

Diqqət etsəniz, sosial şəbəkələrdə qadınlar daha çox kişilər tərəfindən təhqirə, bullinqə, seksizmə məruz qalırlar. Nə qədər kişi qadınların şəxsi mesaj bölməsinə əxlaqsız təkliflər göndərir. Bu qədər basqıya, təbii ki, qadınlar da öz növbəsində cavab verirlər. Qadınlar da "kasıb kişini anası sevsin", "kişilər axmaqdır, özlərini idarə edə bilmirlər", "evlənib özünə qulluqçu axtarır", "xəsis kişini boşa getsin", "yaxşı kişi olsaydı, arvadı onu boşamazdı" və s. kimi ifadələrlə qarşı tərəfə cavab atəşi açaraq onları susdurmağa çalışırlar.

Gəlin etiraf edək ki, ortada əsl müharibə var - iki cinsin müharibəsi. Bəlkə də bəşəriyyət tarixində heç vaxt partnyor, sevgili, həyat yoldaşı tapmaq bu qədər asan olmamışdı. Lakin buna baxmayaraq, münasibət qurmaq hər gün daha çətin missiyaya çevrilir. Hər iki cins bir-birində özünə qarşı potensial təhlükə görür.

Gənc nəsil üçün isə ailə modeli ilkin təyinatını itirib. Onlara görə ailə artıq məsuliyyət, özünü utopik ideyaya qurban vermək və ömrünü hədər yerə xərcləmək deməkdir. Bəlkə də onlar bizdən daha ağıllıdırlar. Etiraf edək ki, ailə-məişət həyatı heç də hamını xoşbəxt etməyib. Bunun üçün heç statistikaya belə ehtiyac yoxdur, ətrafımızda kifayət qədər bədbəxt ailələr və cütlüklər mövcuddur.

Maraqlısı odur ki, bu insanlar bir-birinə nifrət etməklə bir evdə yaşamağa davam edirlər. Sosial şəbəkələrdə isə bu nifrət hər gün daha da çoxalır, qışqırıq və hiddət pik nöqtədədir. Təsəvvür edin ki, hər saat dünya üzrə minlərlə ailə dağılır. İnsanlıq bu gün evliliyi "müqəddəs missiya" hesab etmir.

Bəlkə də, "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır" ayəsindəki o vaxt hələ yetişməyib, ona görə hər şey belə qarışıqdır. Görünür, insan övladı cənnətdən qovulandan sonra əsl sevgisini də, bir-birinə olan ilahi etibarını da orada qoyub aşağı gəlib. Bu gün sosial şəbəkələr bəlkə də elə həmin qadağan olunmuş meyvədir ki, qadını kişi ilə düşmənə çevirib. Birinci dəfə cənnətdən qovulduqsa, görəsən, indi hara qovulacağıq?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Sentyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri