Icma.az
close
up
RU
KASPAROV, XODORKOVSKİ VƏ DİGƏRLƏRİ... Kreml onları “dövlət çevrilişinə cəhddə” ittiham etdi

KASPAROV, XODORKOVSKİ VƏ DİGƏRLƏRİ... Kreml onları “dövlət çevrilişinə cəhddə” ittiham etdi

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “YUKOS” şirkətinin keçmiş baş direktoru Mixail Xodorkovskiyə qarşı “hakimiyyətin zorakılıqla ələ keçirilməsi və terror təşkilatının təşkili” maddəsi ilə cinayət işi açıb.

“AzPolitika” xəbər verir ki, “RBC”-nın məlumatına görə, Xodorkovski 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra “Müharibə Əleyhinə Komitə”nin yaradılmasının təşəbbüskarlarından biri olub.

Rusiya Cinayət Məcəlləsinin 278-ci maddəsi hakimiyyəti zorakılıqla ələ keçirməyə görə 20 ilə qədər həbs cəzası, terror təşkilatı təşkil etməyə görə (205.4-cü maddənin 1-ci hissəsi) ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

FSB-nin məlumatına görə, işdə təqsirləndirilən şəxslər arasında Rusiyanın keçmiş Baş naziri Mixail Kasyanov, müxalifətçi siyasətçilər Vladimir Kara-Murza, Sergey Aleksaşenko, Dmitri Qudkov, iqtisadçı Sergey Quryev, sahibkarlar Boris Zimin və Yevgeni Çiçvarkin, keçmiş dünya çempionu Harri Kasparov, aktyor Artur Smolyaninov və "Müharibə Əleyhinə Komitə”nin digər üzvləri var.

FSB bəyan edib ki, “Müharibə Əleyhinə Komitə”nin 30 aprel 2023-cü il tarixli təsis sənədində "hazırkı Rusiya hökumətinin aradan qaldırılması" tələb olunur. Həmçinin, cinayət işinə görə, Xodorkovski Avropa Şurası Parlament Assambleyasında yaradılmış platformanı “Rusiya Federasiyasının hakimiyyət orqanlarına alternativ” kimi təqdim edib.

FSB-nin qeyd etdiyi şəxslərin əksəriyyəti Rusiyada axtarışa verilib. Bir gün əvvəl isə Rusiya Daxili İşlər Nazirliyi 2024-cü ilin yayında Qərb ölkələri ilə məhbus mübadiləsi nəticəsində həbsdən çıxan müxalif siyasətçi Vladimir Kara-Murzanı axtarışa verib. 

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri