Icma.az
close
up
RU
Nəriman bu gün bombardirlər sırasında olmalı idi Qurban Qurbanov

Nəriman bu gün bombardirlər sırasında olmalı idi Qurban Qurbanov

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ" Misli premyer-liqasının 32-ci tur matçında evdə "Neftçi"ni darmadağın etdi - 3:0.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadionda fərqli ab-hava var idi. Futbol azarkeşsiz çox zəif görünür. Tərəfdarları bütün oyunlarda gözləyirik. Oyuna gəlincə, vacib qələbə qazandıq. Komandamdan razı qaldım. Sona kimi sürətli oyun nümayiş etdirdilər. "Neftçi" bir neçə yaxşı qol epizodu yaratdı. Bu, onların gücündən xəbər verir. "Neftçi"yə, Samir Abasova uğurlar arzulayıram.
- 90 dəqiqə ərzində təzyiqi davam etdirməyiniz "Araz-Naxçıvan"la kubok oyununa hazırlıqla bağlı idi?
- Yox. Yanvar ayından bu yana məşq etmək üçün bu qədər vaxt olmamışdı. Komandanı daha yaxşı bərpa etməyə 8 gün vaxt var idi. Bu gün göründü ki, həmin vaxtdan yararlana bilmişik. Futbolçular əvvəldən sona qədər sürəti qoruyub-saxlaya bildi.
- Kevin Medinanın yayda müqaviləsi bitir. Komandada qalacaq? 4 oyundu ki, oynamır.
- Bu o demək deyil ki, oyunundan razı deyiləm. Silva özünü yaxşı tərəfdən göstərdiyi üçün ona daha çox şans verirəm. Səhv etmirəmsə, hələ bizimlə iki illik müqaviləsi var. Qarşıdakı oyunlarda ona şans verməyə çalışacağıq.
- "Səbail"lə oyundan sonra demişdiz ki, oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Bu gün güləşçi Hacı Əliyevin obyektinin açılışında iştirak etdiz. Bu da ictimaiyyət arasında birmənalı şəkildə qarşılanmadı. Sizcə, İcraiyyə Komitəsindəki həmkarlarınız sizdən küsə bilər?
- Oyun günü məşqimiz olan gün də olur, olmayan da. İcraiyyə Komitəsində 10-15 dəqiqəlik yığıncaq olmur. Saatlarla müzakirələr gedir. İclasda iştirak edə bilməyəcəyimi əvvəlki gündən bildirirəm. Biz bir-birimizi anlayırıq.
- Abbasın mövqeyində Toral oynayır. Abbas rəqabətdə uduzur?
- Abbas zədəli idi. Artıq komandayla məşqlərə başlayıb. Əzələsində problem var idi. Onu birdən-birə oyuna buraxmaq riskdi. Qarşıdakı oyunlarda yavaş-yavaş şans veriləcək.
- Üç qol vurduz, bir o qədər də şansı boşa verdiz. Bu sizi narahat etmir?
- Bu gün istək həddindən artıq çox idi. Daha çox qol epizodları Kadidə oldu. Onun ustalığı həmin fürsətləri dəyərləndirməyə imkan verir. Növbəti oyunlarda daha dəqiq olar.
-  Nəriman Axundzadə bu mövsüm 37 oyunda 10 qol vurub, 12 məshuldar ötürmə edib. Ondan razısız?
- Nəriman son vaxtlar yaxşı mənada dəyişib. Bir müddət əvvəl öz idman formasından uzaq idi. Onunla daim söhbət edirəm. Daha yaxşı olmalıdı. Nərimandan tam razı deyiləm. Daha çox çalışsa, futbolu daha çox düşünsə, potensialı daha yüksəkdi. Bu gün bombardirlər sırasında olmalı idi. Buna borcludu.
- Mahir Emreli son iki oyunda üç qol vurub. "Nürnberq"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Sirr deyilsə, onu yayda komandaya gətirmək istəyərsiz?
- Mətbuatda klubu ilə yeni müqavilə barədə danışıqlar apardığını oxudum. Mahirlə danışığımız olmayıb. Onun məqsədi Avropada oynamaqdı. Orda oynamağı daha məsləhətlidi.
- Bu mövsüm qarşılaşdığınız "Bude/Qlimt" Avropa Liqasında, Musanın sabiq komandası "Yurqorden" isə Konfrans Liqasında yarımfinala yüksəldi. Musa ordan ayrılmağına peşman deyil?
- Bu haqda danışmamışıq. Məncə, peşman olmağa ehtiyac yoxdu. Geriyə yox, önə baxmaq lazımdı. "Bude/Qlimt" yarımfinala çıxmağa layiq idi. Qalib gəlməyimizə baxmayaraq mənim diqqətimi cəlb edən komanda olmuşdu. Özlərinə xas olan futbol fəlsəfələri var. Vaxtım olsa, ora təcrübəyə də gedərəm. Belə ortabab klubların bu yerlərə gəlib çıxması həmişə diqqətimi cəlb edir.
- Yassin Benzyanı növbəti mövsümdə də komandada görmək istəyirsiz?
- İstəyərəm. Danışıqlar gedir.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Aprel 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri