Icma.az
close
up
RU
Yoldaşım sanballı, hörmətli bir insan olmalıdır Xalq artistinin qızı

Yoldaşım sanballı, hörmətli bir insan olmalıdır Xalq artistinin qızı

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məşhur aktyor, xalq artisti Yaşar Nurinin qızı – müğənni və aparıcı Ülkər Yaşar “KüncBucaq TV”də qonaq olub.

Ölkə.az xəbər verir ki, o, verilişdə şəxsi həyatından, atasının xatirəsindən və şou-biznesdə qarşılaşdığı çətinliklərdən danışıb.

Ülkər Yaşar bildirib ki, atası Yaşar Nuri kimi sənətkarın övladı olmaq həm qürurvericidir, həm də məsuliyyətlidir:

“Yaşar Nuri kimi bir sənətkarın qızı olmaq həm çətindir, həm də çox qürurvericidir. Mən heç vaxt atamın adından istifadə etməmişəm. Qürurum buna imkan verməyib. Peşmanam ki, o vaxt atamın sözünə qulaq asmadım. Mənə elə ailələrdən elçi düşürdülər, amma getdim, çox kasıb bir ailə ilə ailə qurdum. Sonradan xəyanət oldu və ayrıldım. Yaşar Nurinin qızı olduğuma görə mənə qibtə aparanlar çoxdur. Amma 13 ildir qapımı döyən yoxdur. Ona görə də kiminsə bu gün mənə yol göstərməyə haqqı yoxdur. Atam mənə hər zaman deyirdi: ‘Heç vaxt başındakı tacı yerə qoyma’. Mən onun qızı olmaqdan qürur duyuram”.

Müğənni həmçinin geyim tərzi və səhnə davranışına görə edilən tənqidlərə də cavab verib:

“Mən hər zaman fərqli olmuşam. Geyimlərimə görə tənqid edənlərə sözüm budur: geyinmək yaraşırsa, geyinərəm. Bu, mənim seçimimdir. Geyimimlə bağlı müzakirələr mənə heç vaxt maraqlı deyil”.

Ülkər Yaşar şəxsi həyatı barədə də açıq danışıb. O, ailə qurmaqla bağlı tələskən olmadığını və bu mövzuda çox ciddi düşündüyünü deyib:

“Mən ömrüm boyu şəxsi həyatımı nümayiş etdirmərəm. Mənim belə bir fikrim də yoxdur. O qədər ailəli insanlar var ki, mənə münasibət təklif edirlər, hətta bəziləri deyir ki, övlad da dünyaya gətir. Amma bu, mənə lazım deyil. Mən hər zaman Allahdan istəmişəm ki, qismətim halal və doğru insanla olsun, övladlarım da gözəl ailədə böyüsün. Mən o insanla ailə quraram ki, onunla rahat əl-ələ gəzə bilim, yan-yana otura bilim. Kiminsə tanışlığı ilə, kiminsə vasitəsilə qurulan münasibət mənlik deyil. Mənim üçün yoldaşım sanballı, hörmətli bir insan olmalıdır. Şəxsi həyat mənim özümə aiddir, heç kimin bu məsələyə qarışmağa haqqı yoxdur.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri