Icma.az
close
up
RU
Kaxaber Sxadadze: Qurban Qurbanov Avropada 5 ən yaxşı məşqçidən biridir

Kaxaber Sxadadze: Qurban Qurbanov Avropada 5 ən yaxşı məşqçidən biridir

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze futbolinfo.az saytına müsahibə verib.

Sportal.az xəbər verir ki, sentyabrın 7-də 57 yaşını qeyd edən təcrübəli mütəxəssis karyerası barədə sualları cavablandırıb. O, digər məsələlərə də toxunub.

- 57 yaşınızı necə qeyd etdiniz? Gözləyib təbrik almadığınız insan oldumu?

- Doğum günümü həmkarlarımla bir arada qeyd etdim. Futbolçular kiçik tort gətirdilər. Məhdud bir dairədə ad günümü qeyd etdik. Çoxları təbrik etdi, kimlərsə də unutdu, ya da təbrik edə bilmədilər. Elələri vardı ki, əvvəl təbrik etmişdilər, bu dəfə unutdular. Bu da olan şeydir.

- Yeni yaş üçün futbola dair arzularınız nədir?

- Əlbəttə, əsas arzu odur ki, bu il “Qəbələ”nin qarşısında duran tapşırığı yerinə yetirək. Ən vacibi budur.

- Hələ də həyata keçməyən bir diləyiniz varmı?

- Bəli, əlbəttə, elə arzular var ki, hələ gerçəkləşməyib. Hələ vaxt var, Allah qoysa, öz arzularımı həyata keçirərəm.

- Doğum gününüzdə keçirilmiş hansı oyun sizin üçün hələ də unudulmazdır?

- Belə bir görüş olub. Məsələn, ilk rəsmi seçmə oyununu Gürcüstan yığması 7 sentyabrda Moldova ilə evdə keçirirdi. Komandanın kapitanı da mən idim. Təəssüf ki, həmin görüşdə 0:1 hesabı ilə məğlub olduq. Moldova komandası qapımıza cəmi bir zərbə vurdu və qalib gəldi. Həmin oyunu heç vaxt unutmaram.

- Gənc məşqçilər adətən daha səbrsiz və emosional olurlar. Sizi də insanlar belə tanıyır, adətən çılğın görünürdünüz. İndi vəziyyət necədir?

- Əvvəl daha emosional idim. Düzünü desək, fikirləşirəm ki, indi emosiyalar kifayət edir. Oyun zamanı sadəcə sakit baxa bilmirəm. Hesab edin ki, futbolçularla birgə meydanda oynayıram, ona görə emosiyalar çoxdur.

- Gürcüstanlı olsanız da, artıq 10 ildir Azərbaycan futbolu ilə tanışsınız. “Azərbaycan futbolu” ifadəsini eşidəndə hansı oyunçular və məşqçilər ağlınıza gəlir?

- Sözsüz, ilk növbədə, bu, Qurban Qurbanovdur. O təkcə Azərbaycan futbolunun yox, dünya futbolunun əfsanəsidir. Mətbuat konfransında da dedim ki, Qurbanov mənim üçün hazırda Avropada 5 ən yaxşı məşqçidən biridir.

- Gənc futbolçulara və məşqçilərə hansı məsləhətləri verərdiniz?

- İşləmək, inkişaf etmək lazımdır. Heç bir halda dayanmaq olmaz. Hansı uğur olursa-olsun, istər futbolçu, istər məşqçi inkişaf edib irəli getməlidir.

- Gürcüstan yığmasının 2026-cı il Dünya Çempionatı seçmə mərhələsi oyunlarını izlədinizmi? Nəticələrdən hansı qənaətlər çıxarmaq olar?

- Bəli, əlbəttə, izləyirəm, azarkeşlik edirəm. Çünki  mənim ölkəm, mənim komandamdır. Orada oynamışam. Çox möhkəm azarkeşlik edirəm. Gürcüstan yığması hazırda çox güclüdür, Bolqarıstanı da 3:0 uddular. Təəssüf, ilk oyunda Türkiyəyə uduzdular, amma bu, həll olunar. Gürcüstan millisi uğurlara imza atacaq və hər bir gürcünün arzusunu gerçəkləşdirəcək. Onlar keçən il birini reallaşdırıb Avropa Çempionatında oynadılar. Növbəti arzu isə Dünya Çempionatında oynamaqdır. Gürcüstan yığmasına bu seçmə mərhələdə uğur arzulayıram.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri