Icma.az
close
up
RU
Kaya Kallas: “Hər ölkə özü qərar verəcək”

Kaya Kallas: “Hər ölkə özü qərar verəcək”

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas belə deyib.
“Aİ ölkələri quru qoşunları ilə bağlı özləri qərar verməlidirlər. Artıq eşitmişik ki, bəzi ölkələr qoşun göndərmək qərarına gəliblər, bəziləri isə yox. Biz bunu müzakirə edirik”, - Aİ-yə üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Kopenhagenə gələn xanım Kallas bildirib.
Aİ diplomatiyasının rəhbəri neytral dövlətlərin də bu prosesə qoşula biləcəyini istisna etməyib.
Politico: “Rusiyanın aktivləri ilə bağlı Avropa yeni plan qurur” Onun sözlərinə görə, hazırda Ukraynaya göndərilməsi planlaşdırılan Avropa qoşunları üçün Rusiya tərəfindən heç bir təhlükəsizlik zəmanəti yoxdur. Moskvadan bu cür zəmanətlərin olması ilə bağlı suala “Rusiya sülhə can atmır” cavabını verən Kaya Kallas Aİ qoşunlarının daxil olmasına razılıq əldə etmək üçün Rusiyaya “təzyiqləri artırmağa” çağırıb.
- Biz yeni sanksiyalar paketi üzərində işləyirik, masada bir sıra variantlar var. Biz energetika sahəsinə qarşı sanksiyalar, o cümlədən ABŞ-nin artıq tətbiq etdiyi ikinci dərəcəli sanksiyalar hazırlayırıq. Rusiyanın maliyyə sektoruna qarşı da yeni sanksiyalar təklif edəcəyəm”, - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.
Xanım Kallas bildirib ki, Aİ Ukraynanın “təhlükəsizliyinə təminat”a öz töhfəsini Ukrayna Silahlı qüvvələri üçün təlimlər missiyasında, hərbi missiyada və Kiyevin hərbi sənayesinə dəstək verməkdə görür.
O, bildirib ki, nazirlər sülh yaranacağı təqdirdə Ukraynaya hərbi dəstəyi davam etdirməyə hazır olmaq üçün “mövcud Aİ missiyalarının mandatının dəyişdirilməsinə necə hazırlaşacaqlarını nəzərdən keçirəcəklər”. Bununla belə, o, döyüşlər davam etdiyi müddətdə Kiyevə silah tədarükünə diqqət yetirməyə çağırıb.
“Onların mərmilərə və hava hücumundan müdafiə sistemlərinə çox ehtiyacları var. Müzakirə edəcəyimiz əsas məqam budur. Biz münaqişədən sonra hadisələrə hazırlaşmalıyıq, lakin bu, yaxın vaxtda olmayacaq”, - Kaya Kallas deyib.
Xatırladaq ki, bundan əvvəl “Politico” nəşri Ukraynanın bərpası üçün Avropa Komissiyasının (AK) Rusiyanın dondurulmuş 200 milyard avroluq aktivlərinin daha riskli investisiyalara köçürmək variantını nəzərdən keçirdiyini yazıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 Avqust 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri