Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

“Kayrat” “Sabah”ı ürəkləndirə biləcəkmi?

“Kayrat” “Sabah”ı ürəkləndirə biləcəkmi?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bu gün Azərbaycan futbolu üçün yeni avrokubok mövsümü start götürür. Birinci olmaq “Sabah”ın qismətinə düşüb. Masazır təmsilçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Sloveniya “Selye”sini qəbul edəcək.

Bəli, rəqibin adı səslənən kimi ağlımıza dərhal bu ilin apreli gəlir. “Selye” həmin vaxt bütün Avropanı təəccübləndirməyi bacarmışdı. Konfrans Liqasında 1/4 finala qədər irəliləyən Sloveniya təmsilçisi adını “Çelsi”, “Fiorentina” kimi tanınmış klublarla bir sıraya yazdırmağı bacarmışdı.
Elə onların yarımfinala gedən yolunu da məhz “bənövşəyilər” kəsmişdi. İtaliya təmsilçisi “Fiorentina” iki oyunun yalnız birində qələbə qazanmaqla “Selye”ni yolundan kənarlaşdırdı. Amma bu nəticələrdə belə bizim təsəlli tapmağımız üçün bir məqam var. Həmin məqam da ondan ibarətdi ki, Florensiya təmsilçisi Sloveniyada keçirilən oyunda qələbə qazanmaqla cütün taleyini həll etmək yolunda önəmli addım atmış, işi böyük ölçüdə həll etmişdi. Ona görə də cavab görüşündəki heç-heçə də italyanların sevinməsinə əngəl olmadı.
Ümumiyyətlə, hər mövsümə fərqli yanaşmaq zəruridi. Dəfələrlə olub ki, bir mövsüm uğurlu çıxış edən hansısa komanda növbəti mövsümdə bu uğura heç yaxın da düşə bilməyib. Bunun isə müxtəlif səbəbləri olur. Xüsusən də özünü yaxşı tərəfdən göstərməyi bacaran aparıcı futbolçuların daha sərfəli təkliflər alması, buna görə də komandasını dəyişməsi heyəti zəiflədir. Yaxud da futbolçuların maksimumu deyilən anlayış yada düşür. “Selye” kimi komandalarda belə hallar özünü daha çox göstərir. Bir mövsümdə komanda son gücünü toplayır, “boyundan yuxarı tullanmağı” bacarır. Bundan sonra isə uğurun davamını gətirmək mümkün olmur. Ən azı ona görə ki, heyətdəki futbolçular öz maksimumunu ortaya qoyur, növbəti dəfə isə bunu həyata keçirə bilmirlər. Ona görə də elə dünya futbolunda qütbləşmə yaranır, ortababların oyununda sabitlik çatışmır. Yəni “Selye”nin adının ağırlığından qorxmağa, rəqibin ötən ilin aprelindəki qədər güclü olmasından çəkinməyə dəyməz. Ən azı ona görə ki, yeni mövsüm başlamayıb, futbolçular öz ideal formalarından çox uzaqdılar.
Bəli, orası da var ki, “Sabah”ın özünün də hansı vəziyyətdə olduğunu bilmirik. Bizi daha çox narahat edən məqam budu. Zamanla komanda relsə düşəcək, yeni baş məşqçi Valdas Dambrauskas oyun fəlsəfəsini oyunçulara aşılayacaq. İndi onun bunu bacarması o qədər də inandırıcı deyil. Çünki təyinatı yeni rəsmiləşib, “Sabah” litvalı baş məşqçinin rəhbərliyi altında heç bir rəsmi oyun keçirməyib. Yoxlama oyunlarına əsasən fikir yürütmək isə bir az çətindi. Bəlkə də elə bu məqama görə “Sabah” rəqibi üçün də “sirli qutu” sayılacaq, onlar Masazır təmsilçisinin gücündən, hansısa sürprizə qadir olmasından ehtiyat edəcəklər. Bu mənada doğma meydan amilindən lazımınca yararlanıb, səfərə sərfəli nəticəylə yollanmaq fürsəti əldən verilməməlidi. Mətbuat konfransında Dambrauskas azarkeşlərə yaxşı və məhsuldar oyun vədi verib. Yeni baş məşqçi vədini həm də yaxşı nəticəylə həyata keçirə bilsə, bizim üçün ikiqat bayram sayılacaq.
“Sabah”ı sevindirəcək daha bir detal var. Qazaxıstan təmsilçisi “Kayrat” səfərdə Sloveniya çempionu “Olimpiya”ya uduzmadı. Hesabı açan qazaxlar qələbəni əldən versələr də, evə yaxşı nəticəylə dönməyi bacarıblar. 1:1 hesabıyla bitən qarşılaşma şansların hələ də bərabər olduğundan xəbər verir. Yəqin razılaşarsız ki, Lyubliyana təmsilçisi “Olimpiya” həm büdcəsinə, həm də iddialarına görə “Selye”ni xeyli qabaqlayır. Elə ötən mövsümün yekun turnir cədvəli də bundan xəbər verir. “Selye” çempion “Olimpiya”dan düz 13 xal geri qalaraq 4-cü yeri tutub. Deməli, “Kayrat”ın rəqibi “Sabah”ın rəqibindən sözün bütün mənalarında güclü olub. Qazaxıstan çempionu səfərdə məğlub olmamaqla “Sabah” üçün əla motivasiya yaradıb. Biz nə üçün doğma meydanda “Selye”dən çəkinməliyik?! Sloveniya klubları heç də keçilməz deyil, ona görə də uğura inanmaq və bunun üçün sona qədər döyüşmək lazımdı. Ümid edirəm ki, “Kayrat”ın məhsuldar heç-heçəsi “Sabah”ı ürəkləndirəcək və təmsilçimiz bu axşam azarkeşlərini sevindirməyi bacaracaq.
AMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri