Icma.az
close
up
RU
Mahirin yeni ünvanı: qırmızı iblislər 125 yaşlı Kayzerslautern haqda

Mahirin yeni ünvanı: qırmızı iblislər 125 yaşlı Kayzerslautern haqda

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Nəhayət, Mahir Emrelinin karyerasıyla bağlı narahatlıq sona çatdı. Ona görə ki, həmyerlimizin 2025/26 mövsümünü harda keçirəcəyi bəllidi. 27 yaşlı hücumçu Almaniyanın 2-ci bundesliqa təmsilçisi “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb! Bu barədə xəbəri təkcə ünlü insayder Florian Plettenberq yox, Almaniyanın aparıcı nəşri “Bild” də yayıb.

Xatırlayırsızsa, futbolçu İngiltərə və İtaliya klublarından da təklif almışdı. Hətta “Neftçi”dən də. Göründüyü kimi, Almaniyada – tanıdığı və alışdığı çempionatda qalmağa qərar verdi. Hər halda, ilk baxışdan qərarın doğru olduğu aşkardı. Biz də dəfələrlə ən düzgün addımın yola məhz 2-ci bundesliqada davam etməyin olduğunu yazmışıq. Təbii ki, 1-ci bundesliqada klublarından gələn təkliflər real deyilsə...
Bəs Mahir bu qərarı necə verdi? “Bild” durumu belə izah edir:

“Nürnberq”in bacarıqlı hücumçusu xeyli ölkədən təklif alsa da, üzünü 2-ci bundesliqaya çevirdi. Burda onun uğrunda “Hannover-96” və “Kayzerslautern” mübarizə aparırdı. Lakin bir neçə gün əvvəl “Hannover”in oyunçuyla danışıq aparmaqdan vaz keçdiyi üzə çıxdı və klub “Kayzerslautern”in önündən çəkildi”.


Beləliklə, qalan məsələlərə zaman aydınlıq gətirəcək. Mahirin yeni iş yeri ilə yaxından tanış olmağa dəyər.
“Kayzerslautern” eyniadlı şəhərin təmsilçisidi. “Qırmızı iblislər” ləqəbiylə tanınan klub 125 il əvvəl – 1900-cu ildə qurulub. Kollektiv tarixində 4 dəfə Almaniya çempionu olubsa, 2 dəfə ölkə kubokuna, 1 dəfə Almaniya superkubokuna yiyələnib. Ölkənin köklü klublarından biri tarixinin ən uğursuz dönəmlərini məhz 21-ci əsrdə yaşayıb. 2012-ci ildə bundesliqanı tərk edən, 2018-ci ildə hətta 3-cü bundesliqaya düşən komanda 2-ci bundesliqaya 2022-ci ildə yüksələ bilib. “Kayzerslautern”in yaxşı günləri də bu vaxtdan başlayıb. 2023/24 mövsümündə ölkə kubokunun finalına qədər irəliləyən komanda burda “Bayer-04”ə minimal hesabla (0:1) uduzub.
“Qırmızı iblislər” 2023/24 mövsümünü 18 komanda arasında 13-cü, 2024/25 mövsümünü 7-ci yerdə bitirib, daha dəqiqi, 53 xalla 5-7-ci yerləri bölüşüb. “Transfermarkt”da klubun dəyəri 32,45 milyon avro göstərilib. “Kayzerslautern”in 1-ci bundesliqaya yüksəlmək uğrunda mübarizə aparmağa davam etməsi sürpriz deyil. Ona görə ki, klub daha əvvəl iki dəfə (1997, 2010) 2-ci bundesliqanın qalibi olub.
Komandanın baş məşqçisi 51 yaşlı almaniyalı mütəxəssis Torsten Liberknehtdi. O, vəzifəyə bu ilin aprelində təyin olunub. “Qırmızı iblislər” ev oyunlarını 49 min 327 yerlik Firts Valter adına stadionda keçirir.
Göründüyü kimi, “Kayzerslautern” son illərdə inkişaf edən və hər mövsüm nəticələrini yaxşılandıran komandadı. Ümid edək ki, yüksəliş Mahirin gəlişiylə sürətlənəcək və hər iki tərəf 1-ci bundesliqa hədəfinə çatacaq.
Lakin hələ həllini tapmayan məsələ də var. Çünki klub Mahirlə anlaşdığı haqda xəbəri rəsmən elan etməyib. “Kayzerslautern”in futbolçuları sabahdan etibarən bir araya gəlməli və tibbi müayinədən keçməlidi. İyunun 25-də isə komandanın təlim-məşq toplanışı start götürəcək. Qısası, Emrelinin təqdimatın vaxtının çox uzaqda olmadığına inanmaq olar.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri