Kazan aeroportunda uçuşlar dayandırıldı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RBK-ya Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib.
O bildirib ki, bu, mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib: “Hava gəmilərinin ekipajları, aviasiya dispetçerləri və hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər”.
Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyi Tatarıstan səmasında vurulan pilotsuz uçuş aparatları ilə bağlı məlumat yayıb. Kazan meriyası dronların hücumu nəticəsində üç rayonda evlərdə yanğınların baş verdiyini açıqlayıb.
Baxış sayı:65
Bu xəbər 21 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















