Icma.az
close
up
RU
Kazanda PUA hücumuna məruz qalan binada azərbaycanlılar yaşayır?

Kazanda PUA hücumuna məruz qalan binada azərbaycanlılar yaşayır?

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 21-də Tatarıstanın (Rusiya) Kazan şəhərində PUA hücumuna məruz qalan hündürmərtəbəli binada çox sayda azərbaycanlının yaşadığı bildirilir.

Teleqraf.com-un xəbərinə görə, bunu sosial şəbəkə istifadəçiləri iddia ediblər.

Şəbəkə istifadəçilərinin məlumatına görə, elit binada yaşayanlar arasında xeyli sayda azərbaycanlı var.

Onlar iddiasına əsasən, yalnız binada yox, o cümlədən həmin ərazidə çox sayda azərbaycanlı məskunlaşıb.

“Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev Teleqraf.com-a bildirib ki, həmin binada soydaşlarımızın yaşaması ilə bağlı hər hansı bir məlumat yoxdur:

"O bina elit yaşayış kompleksi sayılır. Orada həmvətənlərimizin yaşamasına dair məlumat yoxdur, belə bir xəbər daxil olmayıb. Mənim fikrimcə, bu hücum insanları kütləvi şəkildə məhv etmək məqsədilə həyata keçirilməyib. Hadisədən sonra Kazanda yaşayan soydaşlarla zəng və votsap vasitəsilə əlaqə saxlanılıb"

Bəhram Mustafayev onu da vurğulayıb ki, hazırda Kazanda sakitçilikdir, məsələ ilə bağlı hadisə bölgəsində operativ qərargah yaradılıb:

"İstər azərbaycanlılar, istərsə də digər ölkə vətəndaşları arasında itki və təşviş yoxdur. Həyat öz axarında davam edir, dövlət qurumları ərazidə işləyir."

Xatırladaq ki, səhər saatlarında Tatarıstanın Kazan şəhərinə Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 PUA ilə hücum edilib.

Hadisə nəticəsində şəhərin 3 rayonunda yanğın qeydə alınıb.

Tatarıstan hökumətinin qərarı ilə qarşıdakı iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 21 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri