“Kazım Kaşifoğlu”nu canlandıran aktyor ifadə verdi
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Kurtlar Vadisi Pusu” serialında keçmiş MİT əməkdaşı Kaşif Kozinoğludan ilhamlanıldığı iddia edilən “Kazım Kaşifoğlu” obrazını canlandıran aktyor Sedat Savtak ifadə verib.
Axşam.az xəbər verir ki, aktyor Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində verdiyi ifadəsində serialın ilk bölümlərində obrazın məzmunu və gələcək inkişafı ilə bağlı onlara ətraflı məlumat verilmədiyini bildirib.
Savtak qeyd edib ki, obrazın necə inkişaf edəcəyi ssenarinin gedişatına və tamaşaçıların reaksiyasına uyğun şəkildə müəyyənləşdirilib.
“Bunlar tamamilə ssenari ilə birlikdə inkişaf edəcək və xalqın izləməsi ilə yazılacaq məsələlərdir. Bizə belə məlumatlar verilmirdi. Mənə verilən ssenaridə nə yazılmışdısa, mən də onu aktyorluğumla dəyərləndirdim” deyə, aktyor bildirib.
Qeyd edək ki, “Ergenekon” təşkilatının üzvü olmaqda şübhəli bilinərək 10 mart 2011-ci il tarixində həbs edilmiş Kaşif Kozinoğlu ilk məhkəmə iclasına 10 gün qalmış, 12 noyabr 2011-ci ildə Silivri həbsxanasında vəfat edib. Rəsmi olaraq onun ürəktutmadan öldüyü açıqlanıb. Onun ölümü ilə bağlı bir neçə gün öncə yenidən başladılan istintaq çərçivəsində məzarı açılıb. Aparılan istintaq çərçivəsində 9 şübhəli saxlanılıb, onlardan üçü həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 23 Sentyabr 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















