Icma.az
close
up
RU
Kazino sənayesi yeni inkişaf istiqaməti ola bilərmi?

Kazino sənayesi yeni inkişaf istiqaməti ola bilərmi?

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın bir çox ölkəsində leqal kazino biznesi çoxdan müasir iqtisadiyyatın bir hissəsinə çevrilib - əhəmiyyətli vergi gəlirlərinin mənbəyi, turizm sektorunun hərəkətverici qüvvəsi və infrastrukturun inkişafı üçün stimul olub. Sinqapur, Gürcüstan, Monako, Malta, Çexiya və Litva kimi dövlətlər kazinoları öz maliyyə sistemlərinə uğurla inteqrasiya edərək, bu sahəni şəffaf, yüksək tənzimlənən və gəlirli bir sektora çeviriblər.

Dünya təcrübəsi göstərir ki, düzgün tənzimləmə ilə kazinolar təkcə iqtisadiyyatın böyüməsinə kömək etmir, həm də “kölgə qumar” biznesinə qarşı effektiv mübarizə aparmağa, cinayət gəlirlərinin yuyulmasını məhdudlaşdırmağa və həssas vətəndaş kateqoriyalarını qorumağa yardım göstərir. Bu nümunələr fonunda Azərbaycanda kazino fəaliyyətinin leqallaşdırılması ideyası daha praqmatik xarakter alır: iqtisadiyyatın modernləşdirilməsi, gəlirlərin diversifikasiyası və maliyyə şəffaflığının artırılması aləti kimi.

Azərbaycanda kazino sahəsinin leqallaşdırılmasının iqtisadi potensialı

Bu gün Azərbaycanda kazino biznesi rəsmi olaraq qadağandır. Lakin bununla qeyri-qanuni oyun klublarının və onlayn kazinoların hüquqi sahədən kənarda fəaliyyət göstərməsi aradan qalxmır. Bu cür fəaliyyət iqtisadi təhlükəsizliyə ciddi təhdid yaradır, cinayət gəlirlərinin yuyulmasına kömək edir və əhəmiyyətli maliyyə axınlarını rəsmi dövriyyədən kənarda qoyur.

Dünya təcrübəsi göstərir ki, ciddi dövlət tənzimlənməsi ilə kazinoların leqallaşdırılması qeyri-qanuni fəaliyyəti minimuma endirməyə və maliyyə axınlarına nəzarəti təmin etməyə imkan verir. Şəffaf və nəzarət olunan mühitin yaradılması effektiv lisenziyalaşdırma, monitorinq sistemlərinin tətbiqi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (AML/CFT) tələblərinə riayət edilməsi hesabına mümkündür. Litva və Çexiya kimi Avropa ölkələrində rəqəmsal nəzarət uğurla tətbiq olunur: hər “stavka” vergi orqanları ilə əlaqəli onlayn sistemdə qeydə alınır.

Ümumiyyətlə, kazinoların leqallaşdırılması üçün infrastruktura əhəmiyyətli investisiyalar tələb olunur: hotellərin, əyləncə komplekslərinin, nəqliyyat obyektlərinin tikintisi. Bu, iqtisadiyyatda multiplikativ effekt yaradır, mehmanxana və restoran biznesi, təhlükəsizlik, IT, mühasibatlıq kimi sektorlarda yeni iş yerləri yaradır. Digər ölkələrin təcrübəsinə əsasən, kazino sənayesində düzgün qurulmuş fiskal siyasət lisenziyalar, vergilər və əlaqəli rüsumlardan dövlət büdcəsinə hər il on milyonlarla manat gətirə bilər.

Axar.az xəbər verir ki, bu məsələni Report-a şərh edən “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi qeyd edib ki, düzgün hüquqi və sosial tənzimləmə ilə bu sahə həm yerli iqtisadiyyat, həm də beynəlxalq turizm üçün ciddi stimul yarada bilər:

“Beynəlxalq təcrübədə kazino fəaliyyəti təkcə əyləncə sənayesi deyil, həm də turizm infrastrukturunun dayaqlarından biridir. Makao, Sinqapur, Gürcüstan, BƏƏ nümunələri göstərir ki, kazino mərkəzləri ətrafında 5 ulduzlu hotellər, SPA mərkəzləri, konfrans salonları, alış-veriş zonaları və nəqliyyat infrastrukturunun inkişafı sürətlənir”.

Onun sözlərinə görə, kazino biznesinin idarə olunması üçün beynəlxalq standartlara uyğun lisenziyalaşdırma, gəlir vergisi (15–35 %), müstəqil maliyyə auditi, yaş həddi (21+), “self-exclusion” (özünübloklaşdırma mexanizmləri) sistemləri, reklam məhdudiyyətləri və sosial məsuliyyət fondları tətbiq olunmalıdır: “Bu mexanizmlər həm şəffaf biznes mühiti yaradır, həm də cəmiyyətin rifahını qoruyur”.

S. Dübəndi vurğulayıb ki, kazino fəaliyyəti yalnız bir obyekt deyil – ətrafında formalaşan turizm klasterinin mərkəzidir: “Məsələn, Bakı, Xəzəryanı bölgələr, Quba–Şəki kimi ərazilərdə “Integrated Resort” modelinin qurulması mümkündür. Bu modelə kazinolarla yanaşı SPA, konfrans, qolf, sağlamlıq və kənd turizmi sahələri də inteqrasiya edilə bilər Bu yanaşma həm mövsümi deyil, davamlı turizm axını yaradır, həm də regionlarda yeni iş yerlərinin yaradılmasına yardım göstərir”.

Onun fikrincə, düzgün idarə olunan kazino sektoru Azərbaycana ildə əlavə 200-300 milyon ABŞ dolları turizm gəliri gətirə bilər:

“Bu, həm də ölkənin “premium turist” bazarında mövqeyini gücləndirər, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Körfəz ölkələrindən gələn qısamüddətli və yüksək gəlirli ziyarətçiləri cəlb edə bilər. Kazino fəaliyyəti yalnız iri investisiyalı obyektlər deyil, həm də onların ətrafında formalaşan geniş xidmət zənciri ilə yerli kiçik və orta sahibkarlıq subyektləri üçün də geniş imkanlar yaradır. Kazino və inteqrə olunmuş kurortlar yerli qida məhsulları, içkilər, sənətkarlıq əşyaları, güllər, mebel və tekstil kimi məhsulları davamlı tədarük etməyə ehtiyac duyur. Bu, kənd təsərrüfatı və yüngül sənaye sahəsində fəaliyyət göstərən KOB-lar üçün davamlı bazar deməkdir”.

O qeyd edib ki, turist axınının artması həmçinin əlaqəli sektorlarda - kafelər, butiklər, SPA, nəqliyyat, bələdçi və tərcüməçi xidmətləri kimi KOB-ların inkişafını stimullaşdırır. Assosiasiya rəhbəri hesab edir ki, beləliklə, kazino biznesi çoxsahəli fəaliyyətin mənbəyinə çevrilir, vergi bazasını genişləndirir və regionların iqtisadiyyatını canlandırır.

Kazinoların leqallaşdırılmasının tərəfdarı olan iqtisadçı ekspert, sabiq millət vəkili Rüfət Quliyev hesab edir ki, Bakının bir neçə xüsusi ayrılmış yerində kazinolar açıla bilər:

“Misal olaraq “Sea Breeze” kimi sahilyanı əraziləri götürə bilərik. Buradakı kazinolar iqtisadiyyata ciddi töhfə verəcək. İlk növbədə, lisenziya və vergilərdən büdcəyə daxilolmalar, eləcə də yüksək maaşlı iş yerlərinin yaradılması hesabına. Dünyada kazino həvəskarları çoxdur və onların çoxu məhz bunun üçün Azərbaycana gələ bilər”.

Ekspertin sözlərinə görə, qanuni kazinolar ilk növbədə turistlərə yönələcək: “Bu, hava nəqliyyatının artmasına və xidmət sektorunun - kafe, mağaza, restoranların inkişafına səbəb olacaq. Əsas şərt ciddi və daimi dövlət nəzarətinin təmin edilməsidir”.

Sosial məsuliyyət

Qumar biznesinin leqallaşdırılmasının əsas aspektlərindən biri sosial məsuliyyəti təmin etmək və vətəndaşların həssas kateqoriyalarını qumar asılılığının potensial mənfi nəticələrindən qorumaqdır. Beynəlxalq təcrübə riskləri minimuma endirməyə və eyni zamanda sənayeni hüquqi çərçivədə inkişaf etdirməyə imkan verən effektiv mexanizmlərin geniş spektrini nümayiş etdirir.

İnkişaf etmiş ölkələrin qanunvericiliyində oyunçuları və bütövlükdə cəmiyyəti qorumaq üçün bir sıra tədbirlər nəzərdə tutulur. Bunlardan biri də oyunçunun müəyyən müddət ərzində xərcləyə biləcəyi vəsaitin məbləğinə məhdudiyyətlər qoymaqla mərc və uduzulan məbləğ üzrə limitlərinin tətbiqidir ki, bu da həddindən artıq maliyyə itkilərinin qarşısını alır.

Həmçinin özünübloklaşdırma ("self-exclusion") sisteminin, yəni kazinolara və onlayn oyunlara girişi könüllü olaraq qadağan etmək üçün vətəndaşın özünün ərizə verməsinə imkan yaradan mexanizmin tətbiqi mümkündür. Bu cür verilənlər bazaları operatorların sistemləri ilə inteqrasiya olunur və hətta platformalar dəyişdirildikdə belə iştirak imkanını istisna edir.

Kazinolara getmək üçün minimum yaş həddi, bir qayda olaraq, 21 yaşdır və şəxsiyyət mütləq şəkildə yoxlanılmalıdır. Bəzi ölkələrdə isə operatorlar aşağı gəlirli və ya borclu şəxslərin iştirakını istisna etmək üçün müştərinin maliyyə vəziyyətini yoxlamalıdırlar. Bundan əlavə, oyun zallarında və onlayn platformalarda asılılıq riskləri haqqında xəbərdarlıqların, eləcə də yardım göstərən təşkilatların əlaqə məlumatlarının yerləşdirilməsi vasitəsilə icbari məlumatlandırma tələb olunur.

Bənzər yanaşmalar Azərbaycanda da tətbiq edilə bilər. Bu, qumar sənayesinin inkişafının sosial dayanıqlılıq prinsipləri ilə ziddiyyət təşkil etməyəcəyi balanslaşdırılmış tənzimləmə modelini yaratmağa imkan verəcək.

Bundan başqa, qumar sektorunun inkişaf etdiyi ölkələrdə qumar müəssisələrinin mənfəətinin müəyyən faizinin köçürüldüyü sosial məsuliyyət fondlarının yaradılması təcrübəsi geniş tətbiq olunur. Bu vəsaitlər ludomaniyanın profilaktikası və müalicəsi proqramlarının dəstəklənməsinə, həmçinin mədəniyyət, idman və təhsilin inkişafına yönəldilir. Azərbaycanda belə bir sistemin tətbiqi sənaye mənfəətinin bir hissəsinin sosial əhəmiyyətli sahələrə qaytarılmasını təmin edəcək.

Beləliklə, sərt normativ baza, effektiv nəzarət mexanizmləri və şəffaf idarəetmə olduqda, qumar biznesi təhlükə deyil, davamlı inkişaf aləti ola bilər.

Beynəlxalq təcrübə: qumar biznesi gəlir və iş yerlərini necə təmin edir

Dünya təcrübəsi göstərir ki, leqallaşdırılmış və ciddi şəkildə tənzimlənən qumar biznesi dövlət üçün güclü gəlir mənbəyi, həmçinin turizm, məşğulluq və kiçik biznesin inkişafı üçün hərəkətverici qüvvə ola bilər.

Birləşmiş Ştatlar qanuni kazinoların sayına və qumar sənayesindən əldə edilən gəlirlərə görə dünya lideridir. Təkcə Las-Veqasda 1 000-dən çox kazino fəaliyyət göstərir. 2023-cü ildə ABŞ-nin kommersiya kazinoları 66,5 milyard dollar qazanıb ki, bu da 2022-ci illə müqayisədə 10 % çoxdur. Operatorların bütün növ qumar oyunlarından ümumi gəliri təxminən 110 milyard dollar təşkil edib.

Sektor 1,8 milyondan çox iş yerini dəstəkləyir ki, bunun da təxminən 600 mini birbaşa iş yeridir. Eyni zamanda, qumar sektorundan dövlət büdcəsinə daxil olan vergi təhsil, səhiyyə və infrastrukturun inkişafının maliyyələşdirilməsinə yönəldilir.

Asiyada ən böyük bazar hesab edilən Makao (Çinin xüsusi inzibati rayonu), kazino gəlirlərinə görə dünyanın aparıcı yurisdiksiyalarından biridir. 2023-cü ildə Makaoda qumar oyunlarından əldə edilən ümumi gəlir 22,7 milyard dollar təşkil edib. Bunun 8,1 milyard dolları vergi şəklində büdcəyə daxil olub. Region bu vəsaitləri aktiv şəkildə şəhər infrastrukturuna və sosial proqramlara yatırır.

2024-cü ildə Avropada qumar oyunlarından əldə edilən ümumi gəlir 123,4 milyard avroya çatıb (əvvəlki ilə nisbətən 5 % çox). Bunun 47,9 milyard avrosu (39 %) 11,7 % artım nümayiş etdirən onlayn-qemblinqin payına düşüb. Avropada ən böyük bazarlar İtaliya (21 milyard avro), Böyük Britaniya (19,8 milyard avro), Almaniya (14,4 milyard avro) və Fransadır (14 milyard avro).

Onlayn-qemblinqin inkişafı rəqəmsal verifikasiya, limitlər və özünü istisna sistemləri daxil olmaqla ciddi nəzarətlə müşayiət olunur.

Gürcüstan Cənubi Qafqaz regionunda qumar biznesini leqallaşdıran ilk ölkələrdən biridir. Kazinolar 1990-cı illərdən etibarən, xüsusilə kurort şəhəri olan Batumidə fəal şəkildə inkişaf edib. 2020-ci ildə pandemiyaya baxmayaraq, sənayenin dövriyyəsi 10 milyard ABŞ dollardan çox (32 milyard lari) təşkil edib. 2024-cü ildə bu göstəricinin 28 milyard ABŞ dollara qədər artması nəticəsində 20 mindən çox insan işlə təmin edilib. Sektorda orta aylıq əməkhaqqı 1 182 ABŞ dollardır.

Bu ölkədə vergi siyasəti differensiallaşdırılıb: Tbilisidə daha yüksək, regionlarda isə daha aşağı dərəcələr tətbiq olunur. 2025-ci ildən etibarən fiziki şəxslərin oyun salonlarının fəaliyyətindən və/və ya sistemli-elektron formada qumar oyunlarının təşkilindən əldə etdikləri gəlirlərin 20 % (əvvəlki 15 % əvəzinə) vergiyə cəlb olunur. Onlayn-qemblinq də leqallaşdırılıb və büdcəyə sabit gəlir gətirir.

2007-ci ildə qumar fəaliyyətinin qadağan edilməsindən sonra Qazaxıstan kazinoların yalnız xüsusi zonalarda - Kapçaqay və Şuçinskdə fəaliyyətinə icazə verib. 2020-ci ildə onlayn-qemblinqin həcmi 40 milyon ABŞ dolları təşkil edib və 2025-ci ildə 60 milyon ABŞ dollara qədər artım gözlənilir.

Maliyyə Nazirliyinin məlumatına görə, 2020-ci ildə onlayn resurslardan təxminən 4 milyard təngə (7,83 milyon ABŞ dolları) vergi yığılıb. Hər bir onlayn operator 50-100 nəfərin məşğulluğunu təmin edir. 2021-ci ildə yerüstü kazino və bukmeker kontorlarının gəlirləri 2,5 dəfə artıb.

2009-cu ildən etibarən Rusiyada qumar fəaliyyətinə yalnız dörd xüsusi zonada icazə verilir: "Yantarnaya" (Kalininqrad), "Sibirskaya moneta" (Altay), "Primorye" (Vladivostok) və "Krasnaya Polyana" (Soçi). Məsələn, Primoryedəki “Tigre de Cristal” kompleksi hər il 1,5 milyard rubldan çox (18,8 milyon ABŞ dolları) vergi gətirir. 2023-cü ildə qumar sektorundan Rusiya Federasiyası büdcəsinə ümumilikdə 1,7 milyard rubl (21,32 milyon ABŞ dolları) vergi daxil olur ki, bu da 2022-ci il (1,6 milyard rubl və ya 20,1 milyon ABŞ dolları) və 2021-ci illə (1,1 milyard rubl və ya 13,8 milyon ABŞ dolları) müqayisədə artıb. Hazırda qumar biznesinə tətbiq edilən verginin iki dəfə artırılması haqqında qanun layihəsinə baxılır.

Özbəkistanda qumar biznesi qadağan edilməsi kapitalın xaricə çıxmasına səbəb olur: vətəndaşlar xarici onlayn platformalardan fəal istifadə edirlər. Ekspertlərin qiymətləndirmələrinə görə, onlayn-qemblinqdə iştirak üçün yönəldilən vəsaitlərin həcmi ildə 350 milyon dollardan 1 milyard ABŞ dollara qədər təşkil edir.

2025-ci ildən etibarən Özbəkistanda onlayn oyunlar, bukmeker fəaliyyəti və lotereyalarla bağlı vergi islahatı gözlənilir. İlkin hesablamalara görə, büdcəyə hər il əlavə 6 milyon ABŞ dolları vergi daxil ola bilər.

GGR - Gross Gaming Revenue, ümumi oyun gəliri

Beynəlxalq təcrübə birmənalı şəkildə göstərir ki, ciddi nəzarət və düşünülmüş vergi siyasəti ilə qumar biznesinin leqallaşdırılması ölkələrə xeyli gəlir gətirir, məşğulluğu və turizmin inkişafına təkan verir. Eyni zamanda, sosial məsuliyyət elementləri ilə tənzimləmə mənfi nəticələrin qarşısını almağa və sektorun davamlılığını təmin etməyə kömək edir.

Bu yanaşma Azərbaycanda da tətbiq oluna bilər - milli xüsusiyyətlər, iqtisadi prioritetlər və mövzunun sosial həssaslığı nəzərə alınmaqla.

Qumar sənayesi post-neft transformasiyasının əsas hərəkətverici qüvvəsi kimi

Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi və post-neft inkişaf modelinə keçid siyasəti fonunda qumar sektorunun leqallaşdırılması və səriştəli təşkili yeni artım nöqtələrindən birinə çevrilə bilər. Kazinoların turizm klasterlərinə inteqrasiyası, əlaqəli sahələrin inkişafı, yeni iş yerlərinin yaradılması və vergitutma bazasının genişləndirilməsi - bütün bunlar birlikdə regionların iqtisadi əsasını gücləndirəcək və ölkənin investisiya cəlbediciliyini artıracaq.
Bu kontekstdə kapitalın kölgədən çıxarılması və maliyyə axınlarının şəffaflığının artırılması xüsusi əhəmiyyət kəsb edir. Qanunun tələblərinə cavab verən leqallaşdırılmış sənaye cinayət gəlirlərinin yuyulması imkanlarını azaldaraq qeyri-qanuni vəsait dövriyyəsinin qarşısını alacaq.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda qumar sektorunun açılması beynəlxalq əməkdaşlıq - tənzimlənən yurisdiksiyalarda biznesin aparılması təcrübəsi olan xarici operatorların cəlb edilməsi, təcrübə mübadiləsi və korporativ idarəetmə və təhlükəsizliyin yüksək standartlarının tətbiqi ilə müşayiət oluna bilər.

Müqayisəli cədvəl: kazinoların tənzimlənməsinin beynəlxalq təcrübəsi

Tarix

2025.05.27 / 14:28

Müəllif

Axar.az

Share

Digər xəbərlər

Prezident Laçın sakinləri ilə görüşdü - Foto İrəvan Bakının tələblərini yerinə yetirməsə... - Mixaylov Şahbaz Şərif birbaşa Laçına gəldi - Foto İsrail prezidenti ölkəmizlə bağlı elə sözlər dedi ki... Bunun üçün böyük məbləğin ayrılmasını düşünmürük - Nazir Əliyev Ərdoğanla Şahbaz Şərifi sabah Laçında qarşılayacaq Onlar İlham Əliyevi təbrik etdi Prezident Bəylik kəndinə köçən sakinlərlə görüşdü Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? İrəvan Bayramovu qəbul etməyə hazırdır

KULT

Tanınmış aktyor gəlininə kilo ilə qızıl taxdı - Video

Behbudov ABŞ-ın məşhur teatrında Dezdamonanı oynadı

İlhan Şeşen vəfat etdi

Drakon Röya və Kanndan danışdı, onu darmadağın etdi

Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı

Güneyli rejissorun filmi Kann festivalının ən yaxşısı seçildi

Türkiyənin məşhur diceyi Bakıya gəlir

Şuşada “Xarıbülbül” festivalının açılışı oldu

Röyanın çıxdığı qırmızı xalının üstündən... - Salayev

Kann festivalının bağlanış günü işıqlar söndü

62 yaşlı türk aktyoru 20 yaşlı qız evində öldürdü

I Napoleonun qılıncı hərracda yüksək qiymətə satıldı

Türkiyəli məşhur aktyorlar barəsində həbs qərarı...

İbrahim Borçalının bacısı oğlu da vəfat etdi

Filipp Kirkorov xəstəxanaya yerləşdirildi

Keçmiş əri Naibə Allahverdiyevanı döydü, həbs edildi

Röya Ayxan Kann festivalında - Video

Mahnılarımızı oğurlayan erməninin ifaları Yutubdan silindi

Prezidentin köməkçisi və nazir Rəsul Rzanın evində - Video

“Uzaq şəhər” “Koka-Kola”ya görə boykot edilir

Tanınmış jurnalist vəfat etdi - Foto

Azərbaycanda şair xərçəngdən vəfat etdi

Qənirə Paşayevanın büstünün müəllifindən tənqidlərə cavab

Fransız səfirin məktubu: 40 min azərbaycanlıya hücum… - Foto

Avroviziya-2025-in qalibi bu ölkə oldu

Ermənilər daha bir məşhur mahnımızı oğurladı - Video

“Vopşe”, “znaçit” sözlərini lüğətimizə daxil etməliyik - Akademik

Ərdoğan niyə Makronun orta barmağından yapışdı? – Mənası

CNN də Ermənistan təmsilçisinə lağ etdi

Türkiyənin məşhur qrupu Bakıya gəlir

>

Xəbər xətti

Kazino sənayesi yeni inkişaf istiqaməti ola bilərmi?

14:28

İran şaquli qalxıb-enən yeni PUA-larını təqdim etdi

14:23

Rus ordusu Staraya Nikolayevkanı ələ keçirdi

14:17

18:00-dan sonra xəstə əməliyyatı həkimlərə qadağan edilsin!

14:11

Prezident Laçın sakinləri ilə görüşdü - Foto

14:07

Fələstin bayrağı ÜST-ün qərargahı önündə dalğalanacaq

14:06

Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın - Deputat

14:00

MN-in vəzifəlilərinin cinayət işi: 4 milyonu mənimsəyənlər...

13:55

İrəvan Bakının tələblərini yerinə yetirməsə... - Mixaylov

13:49

Şahbaz Şərif birbaşa Laçına gəldi - Foto

13:47

İsrail prezidenti ölkəmizlə bağlı elə sözlər dedi ki...

13:45

Çimərlik ərazilərində monitorinqlərə başlanıldı

13:43

Bolqarıstanda “Şuşa parkı” salınacaq

13:37

Bunun üçün böyük məbləğin ayrılmasını düşünmürük - Nazir

13:32

Sabiq başçının yarım milyonluq əmlakı ilə bağlı qərar...

13:27

Prezident Laçında açılışlar etdi - Foto

13:26

Ermənistan bizimlə düşmənçiliyə tab gətirməz

13:21

Əliyev Ərdoğanla Şahbaz Şərifi sabah Laçında qarşılayacaq

13:15

Toyda dava saldığı üçün həbs edilən şəxs nazirlik əməkdaşıdır?

13:14

Onlar İlham Əliyevi təbrik etdi

13:11

TƏBİB rəhbəri bu xəstəxananın direktorunu işdən çıxardı

13:10

İdmançının evi başqasına satılıb? - Rəsmi

13:05

Prezident Bəylik kəndinə köçən sakinlərlə görüşdü

13:02

Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək?

13:00

Fidan Rusiyadan sonra Ukraynaya gedir

12:55

Sabah 33 dərəcə isti olacaq

12:50

Rus Evi bu ölkədə də bağlandı

12:45

Babayevdən benzinlə bağlı açıqlama: Buna məcbur olduq

12:40

İrəvan Bayramovu qəbul etməyə hazırdır

12:36

“Birbank”da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin

12:33

SORĞU

Ermənistanla sülh sazişinin bu il imzalanacağına inanırsınız?

   1. Bəli

   2. Xeyr

   3. Bilmirəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see173

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see136

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see124

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see118

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see115

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Çaki öldü

29 May 2025 00:07see114

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri