Keçən il sığortaçıların tibbi sığortadan zərərlilik nisbəti aşağı düşüb
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
2025-ci ilin ilk 11 ayında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 121.90 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8.24 mln. manat və ya 7.25% artım deməkdir. Belə ki, 2024-cü ilin yanvar–noyabr aylarında könüllü tibbi sığorta üzrə sığorta haqları 113.66 mln. manat olmuşdu.
Eyni zamanda, sığorta ödənişlərində azalma qeydə alınıb. 2025-ci ilin ilk 11 ayında könüllü tibbi sığorta üzrə ödənişlər 81.31 mln. manat səviyyəsində formalaşıb. Bu göstərici 2024-cü ilin müvafiq dövründə 88.09 mln. manat idi. Beləliklə, illik müqayisədə sığorta ödənişləri 6.78 mln. manat və ya 7.69% azalıb.
2024-cü ilin yanvar–noyabr aylarında könüllü tibbi sığorta üzrə zərərlilik nisbəti 77.52% təşkil etdiyi halda, 2025-ci ilin eyni dövründə bu göstərici 66.69%-ə enib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 05 Yanvar 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















