Icma.az
close
up
RU
Keçmiş deputat büdcə vəsaitlərini qumarda uduzub

Keçmiş deputat büdcə vəsaitlərini qumarda uduzub

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Maliyyə monitorinqi agentliyinin məlumatına görə, Almatı vilayətinin Karasay rayon məslisinin keçmiş deputatı cinayətkar sxem təşkil edib.
O, aqrar-sənaye kompleksinin dəstəklənməsi üçün ayrılan büdcə vəsaitlərini geniş miqyasda mənimsəməkdə şübhəli bilinir. Şübhəlinin kənd təsərrüfatı sektorunda təcrübəsi var idi və dövlət subsidiyalarının mexanizmlərini yaxşı bilirdi. Bundan istifadə edərək, keçmiş deputat büdcə vəsaitlərinin qanunsuz alınması üçün sabit sxem yaradıb.
"Sxemi həyata keçirmək üçün təşkilatçı tabeliyindəki müəssisələrdən və Almatı, Jambıl və Türküstan vilayətlərində qeydiyyatdan keçmiş 29 fermer təsərrüfatından istifadə edib. Səlahiyyətli orqanlara sənaye moruq sahələrinin əkilməsi üçün nəzərdə tutulmuş elit moruq fidanlarının alınması ilə bağlı saxta sənədlər təqdim edilib", - agentlik bildirib.
Şübhəli saxta alqı-satqı müqavilələri, qəbul və çatdırılma aktları, elektron qaimə-faktura və əkin materialları istehsalçılarının sertifikatlaşdırılması ilə bağlı sənədlər tərtib edib.
"Lakin şitillər əslində çatdırılmayıb. Sənədlərdə göstərilən bəzi təsərrüfatların moruq yetişdirmək üçün real imkanı olmayıb. Nəticədə, büdcədən qanunsuz olaraq 2,6 milyard təngədən çox subsidiya alınıb", - deyə məlumatda bildirilir.
Qanunsuz olaraq alınan subsidiyaların 491 milyon təngəsi fond bazarındakı əməliyyatlara yönəldilib. Bu məqsədlə şübhəlinin həyat yoldaşının adına broker hesabı açılıb və bu hesab vasitəsilə Qazaxıstan və xarici şirkətlərin qiymətli kağızları alınıb.
Bundan əlavə, müvəqqəti maliyyə yardımı göstərmək bəhanəsi ilə daha 400 milyon təngə "iSolutions Capital" mikromaliyyə təşkilatına köçürülüb. Daha sonra bu vəsaitlər şübhəli tərəfindən tədricən nağd pula çevrilib.
Keçmiş deputat həmçinin oğurlanmış vəsaitin 170 milyon təngəsini Kunayev şəhərindəki kazinoda qumara xərcləyib.
Şübhəlilərin 4 mənzili, 3 avtomobili, şəxsi evi və qiymətli kağızları məhkəmə qərarı ilə müsadirə edilib. Üç şübhəli barəsində həbs qətimkan tədbiri tətbiq edilib. Cinayət işi məhkəməyə göndərilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 İyul 2026 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri