Keçmiş icra başçısının işi Ali Məhkəmədə
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib. Dominos pizza
Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.
Ali Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq olmadığı əsası ilə şikayəti rədd edib. Bakı Apellyasiyiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Baxış sayı:99
Bu xəbər 13 Oktyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















