Icma.az
close
up
RU
Keçmiş iş yoldaş Artur Rasi zadə ilə bağlı sirrləri açdı: Hamıya qadağan etmişdi

Keçmiş iş yoldaş Artur Rasi zadə ilə bağlı sirrləri açdı: Hamıya qadağan etmişdi

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Artur Rasi-zadə 26 fevral doğum günündə Xocalı faciəsinə görə heç kimə onu təbrik etməyə icazə verməzdi, hətta ailəsinə də".

Ölkə.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin sektor müdiri Qurban Sadıqov bildirib.

Keçmiş Baş nazirlə bağlı xatirələrini bölüşən Q.Sadıqov hesab edir ki, peşəkar dövlət xadimi, ləyaqətli insan A.Rasi-zadənin həyat və fəaliyyəti böyük bir məktəbdir. Onun həyat yoluna nəzər salan sektor müdiri diqqətə çatdırıb ki, A.Rasi-zadə adi mühəndislikdən ölkənin Baş naziri vəzifəsinədək uzun yol keçib:

"Alicənab, olduqca sadə, sədaqətli, təvazökar, mədəni, savadlı və peşəkar insan olan Artur Rasi-zadə ölkəsini, xalqını, dövlətini qəlbən sevən, dəqiqliyi və konkretliliyi ilə fərqlənən, yüksək idarəetmə qabiliyyətinə malik, operativ qərarlar qəbul etməyi bacaran dövlət xadimidir. O, kadrları seçərkən dövlətçiliyə sədaqətə, biliyə, peşəkarlığa və təcrübəyə üstünlük verərdi. Baş nazir bu keyfiyyətləri ilə Nazirlər Kabineti Aparatında münbit və sağlam mühit yarada bilmişdi.

Artur Rasi-zadə işlədiyi dövrdə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi məsələlərini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayırdı. Keçmiş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində hökumətin üzərinə düşən öhdəliklərin operativ yerinə yetirilməsinə ciddi nəzarət edirdi.

Baş nazirin yanında keçirilən çoxsaylı yüksəksəviyyəli görüşlərdə iştirak edərkən onun nə qədər cəsarətli, prinsipial, xalqını, dövlətini sevdiyinin, əsl Azərbaycan vətəndaşı olmasına dəfələrlə şahidlik etmişəm. Baş nazir tapşırmışdı ki, bir qayda olaraq beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələri ilə keçirilən bütün görüşlərdə Xocalı soyqırımını və xalqımıza qarşı erməni vandalizmini və vəhşiliklərini əks etdirən fotoşəkillər, videoyazılar, mümkün olan bütün sübutlar nümayiş etdirilsin, qonaqlara təqdim olunsun. O, ermənilərin, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşilikləri, azərbaycanlılara verdikləri işgəncələri, doğma yurd-yuvalarından zorla qovulmuş qaçqınların və didərgin düşmüş məcburi köçkünlərin acınacaqlı və dözülməz vəziyyətini qonaqların diqqətinə çatdırarkən çox qətiyyətlə bildirirdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz iqtisadi gücümüzü və ölkəmizin müdafiə potensialını gücləndirməklə öz torpaqlarımızı hərbi yolla işğaldan qurtaracaq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcəyik.

Belə də oldu. 2016-cı ildə başlayan Aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatları nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olundu. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq, tikinti və quruculuq işləri gedir, bütün infrastrukturu ilə birlikdə yeni şəhərlər və qəsəbələr salınır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu, Artur Rasi-zadənin ən böyük arzusu idi və nə yaxşı ki, o, bu arzusuna qovuşur".

Nazirlər Kabinetinin sektor müdiri onu da bildirib ki, Artur Rasi-zadə həm də nümunəvi ailə başçısıdır: "Qızı Nailə xanımı, onun ailə üzvlərini tanıyanlar onların necə səmimi, sadə, mehriban insan olduqlarını yaxşı bilirlər.

Artur Rasi-zadə həmişə deyir ki, Ulu Öndər Heydər Əliyevin şagirdidir. Amma bu gün dövlət və hökumət qurumlarında yüksək vəzifə tutan, xalqa və vətənə ləyaqətlə qulluq edənlər arasında Artur müəllimin özünün də şagirdləri az deyil. Sözsüz ki, bu, A.Rasi-zadənin 90 illik həyatında əldə etdiyi ən dəyərli qazancıdır".

Qeyd edək ki, fevralın 26-da keçmiş Baş nazir Artur Rasi-zadənin 90 yaşı tamam olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, o, "Heydər Əliyev" ordeni ilə təltif olunub. Dövlət başçısı sabiq Baş naziri qəbul edərək "Heydər Əliyev" ordenini ona şəxsən təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri