Icma.az
close
up
RU
Keçmiş məcburi köçkünlər yurdlarına qayıdandan sonra işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər Peşə liseyindən reportaj FOTO AZƏRTAC

Keçmiş məcburi köçkünlər yurdlarına qayıdandan sonra işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər Peşə liseyindən reportaj FOTO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Kürdəmir, 8 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

2024-2025-ci tədris ilində Kürdəmir Peşə Liseyinə 32 qrupa 27 ixtisas üzrə 640 tələbə qəbul olub və qrup sayının 50-yə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, liseydə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasını təmin etmək məqsədilə geri qayıdan əhalinin məşğulluğunun davamlı artırılması istiqamətində iqtisadiyyatın tələbatına uyğun qısamüddətli təlimlər təşkil edilir. Yerli sakinlərlə bərabər, keçmiş məcburi köçkünlərə də dərzi, bərbər, vizajist, aşpaz peşələri və digər peşələr öyrədilir.

AZƏRTAC-ın əməkdaşı peşə liseyində olub, təlimlərə qatılan şəxslərlə söhbət edib.

Uzun illərdir Kürdəmirdə məskunlaşan Füzulidən olan keçmiş məcburi köçkün Gülyaz Şahbazovanın doğma rayonu indi işğaldan azaddır və dövlətimiz tərəfindən yenidən qurulur. O da digər həmyerliləri kimi yaxın zamanlarda doğma rayonuna qayıdacaq. Həmin müddətədək müsahibim sevdiyi peşəyə yiyələnmək, peşəkar saç ustası olmaq niyətindədir. Hazırda o, bərbər-vizajist qrupunda müxtəlif dərs vəsaitlərindən istifadə etməklə, bu işin dərinliklərini mənimsəyir.

Gülyaz uşaqlıqdan bu sənəti arzuladığını və Kürdəmir Peşə Liseyinə gələrək istəyini gerçəkləşdirdiyini bildirib. O, hər kəsi arzularının ardınca getməyə səsləyib və bunun heç bir zaman gec olmadığını vurğulayıb: “İnşallah, tezliklə doğma yurdumuza qayıdacağıq, orada işləyəcəyik. Ona görə də hər hansısa bir sənətə yiyələnməyimiz önəmli amildir. Bu arzumu burada gerçəkləşdirdim. Arzuları gerçəkləşdirmək, onun arxasınca getmək heç vaxt gec deyil”.

Liseydə dərslər texniki biliklərə malik, həmçinin təlimçilik təcrübəsi olan mütəxəssislər tərəfindən keçirilir. Müdavimlərə xüsusi proqramla praktiki və nəzəri qaydada peşənin mənimsənilməsi üçün dərslər keçilir, eyni zamanda, onlara müasir avadanlıqlarla səmərəli işləmək qaydası öyrədilir.

Qrup rəhbəri Əsmər Tağıyeva ilə söhbət edirik. O, burada verilən təhsildən danışaraq deyib: "Tələbələrimiz saçların kəsilməsini, rənglənməsini, daha sonra makiyajın bütün sirlərini öyrənirlər. Üz-baxım, saç baxım vasitələri haqqında məlumat alırlar, keratindən istifadə qaydalarını, kəsimin bütün növlərini həm nəzəri, həm də praktiki şəkildə həyata keçirirlər”.

Liseydə xanımların daha çox müraciət etdikləri sahələrdən biri də dərzi peşəsidir. Bu qrupa yerli sakinlərlə bərabər, keçmiş məcburi köçkünlər də maraq göstərirlər. Qrup üçün lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqları təşkil edilib. Peşəkar mütəxəssislər tərəfindən iştirakçılara nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunur.

Nazilə Məmmədova da keçmiş məcburi köçkündür. Müəyyən səbəblərdən təhsil ala bilməsə də, bunun heç də gec olmadığını fikirləşir. Elə buna görə də Kürdəmir Peşə Liseyinə qəbul olub. O da dərzilik peşəsinə yiyələnərək, doğma yurduna qayıtdıqdan sonra, orada fəaliyyətini davam etdirmək istəyir.

Liseydə növbəti ildə aviasiya üzrə ixtisasın açılması da planlaşdırılır. Eyni zamanda, günəş panelləri və dron mütəxəssislərinin hazırlanması nəzərdə tutulur.

Kürdəmir Peşə Liseyi Publik Hüquqi Şəxsin direktoru Nurlan Abdullayev liseyin fəaliyyətindən danışır. Deyir ki, hər il əmək bazarı araşdırılır və tələbat olan ixtisasların öyrədilməsinə üstünlük verilir. Həmçinin Böyük Qayıdış proqramına uyğun olaraq, məcburi köçkünlərin qayıdışı da nəzərə alınaraq iki fərqli ixtisasın - dərzi və vizajist ixtisaslarının öyrədilməsinə başlanılıb. Onun sözlərinə görə, liseydə 40 məcburi köçkün təhsil alır və onlar yaxın gələcəkdə öz yurd-yuvalarına qayıdan zaman işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər.

Onu da əlavə edək ki, 3 aylıq qısamüddətli təlimləri uğurla bitirən şəxslərə istiqamətindən asılı olaraq ixtisas sertifikatları, digər ixtisasları bitirən tələbələrə diplomlar, həmçinin ümumtəhsil bazasından məzun olmuş tələbələrə isə diplomla bərabər, ümumtəhsil haqqında şəhadətnamələr təqdim edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri