Icma.az
close
up
RU
Keçmiş məcburi köçkünün müraciətlərinə baxılmır?

Keçmiş məcburi köçkünün müraciətlərinə baxılmır?

Icma.az, Axar.az saytına istinadən bildirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") keçmiş məcburi köçkün Orxan Fətəliyevin sosial şəbəkələrdə Dövlət Komitəsinin qəbul otağından video paylaşaraq müraciətlərinə baxılmaması ilə bağlı iddialara aydınlıq gətirib.

Axar.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Bildirilib ki, Zəngilan rayonunun Məmmədbəyli kəndindən keçmiş məcburi köçkün Orxan Məhəmməd oğlu Fətəliyev ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri şossesində qanunsuz inşa edilmiş şəxsi mənzildə məskunlaşıb.

"İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı vəziyyətdə və ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr köçürülür. Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərə alaraq, onun Məmmədbəyli kəndinə köçürülməsinə yeni evlər tikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq".

Vurğulanıb ki, Orxan Fətəliyevin müraciətlərinə baxılmaması haqqında dedikləri isə həqiqəti əks etdirmir:

"Belə ki, onun Dövlət Komitəsinə yazılı müraciəti 19 dekabr 2025-ci ildə müvafiq qaydada cavablandırılıb və vətəndaşın ünvanına göndərilib. Eləcə də, o, bir neçə dəfə rəhbər şəxslərin qəbulunda olub. Ötən gün Dövlət Komitəsində olarkən də aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edilib və müraciəti ilə əlaqədar ona müvafiq izahat verilib. Orxan Fətəliyevin atası Məhəmməd Fətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəyli kəndində ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təmin edilib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Yanvar 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri