Icma.az
close
up
RU
Keçmiş məmurlar indi nə edirlər? Həbsdə, işsiz...

Keçmiş məmurlar indi nə edirlər? Həbsdə, işsiz...

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uzun müddət yüksək dövlət vəzifələrində çalışmış şəxslər siyasi həyatdan kənara çəkilsələr də onların fəaliyyəti, hansı işlə məşğul olması hələ də Azərbaycan ictimaiyyətinin və medianın maraq dairəsindədir. Bu səbəbdən onlarla bağlı xəbərlər hər zaman maraqla qarşılanır, yayılan informasiyalar yaxından izlənilir.

Keçmiş məmurların bəzilərinin fəaliyyəti aşkardır, geniş ictimaiyyətin bununla bağlı məlumatı olur. Amma əksər köhnə məmurlar fəaliyyətlərini, məşğuliyyətlərini gizli saxlamağa çalışırlar. 

Maraqlıdır ki, köhnə məmurlar indi haradadırlar, nə işlə məşğuldurlar?

Ölkə.az Sfera.az-a istinadən keçmiş məmurların bəzilərinin fəaliyyəti ilə bağlı araşdırmanı təqdim edir. 

İyirmi altı il müxtəlif nazirliklərə rəhbərlik edən Əbülfəz Qarayev son məlumata görə Azərbaycan Turizm və Menecement Universitetində dosent kimi fəaliyyət göstərir.

Ə.Qarayev 1994-2020-ci illərdə Gənclər və İdman naziri, Gənclər, İdman və Turizm naziri, Mədəniyyət və Turizm naziri, eləcə də Mədəniyyət naziri vəzifələrində çalışıb. 21 may 2020-ci ildə o, nazir vəzifəsindən azad olunub və fəaliyyətini təhsil sahəsində davam etdirir. Xatırladaq ki, Qarayev əvvəllər də təhsil sahəsində çalışıb. O, 1978-ci ildə Saatlı rayonunda orta məktəbdə ingilis dili müəllimi işləyib.


Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkovun hazırda xüsusi fəaliyyətinin olmadığı bildirilir.

N.Sadıkov 2 noyabr 1993-cü ildə nazirliyin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib və 2021-ci ilin yanvarın 28-də tutduğu vəzifədən azad edilib. Keçmiş qərargah rəisi sonuncu dəfə Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkurs yarışlarını izləyərkən görüntülənib. O bu tədbirə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və keçmiş maliyyə naziri Samir Şərifovla birgə qatılıb. Bəzi məlumatlara görə, N.Sadıkovun səhhətində ciddi problemlər yaranıb və o, Moskvada ürəyindən əməliyyat olunub.

Səhiyyə naziri olmuş Oqtay Şirəliyevlə də bağlı xəbərlər yetəri qədər deyil. O.Şirəliyev 2005-2021-ci illərdə Səhiyyə naziri vəzifəsində çalışıb.

Nazir vəzifəsindən kənarlaşdırılandan sonra o, Respublika Diaqnostika Mərkəzində professor, tibb elmləri doktoru kimi öz fəaliyyətini davam etdirib. Oqtay Şirəliyev Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Rəsmi olmayan məlumatlara əsasən O.Şirəliyevin də səhhətində ciddi problemlər var. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi iddia olunur. Hazırda 75 yaşı olan eks-nazirin səhhəti ilə əlaqədar heç bir işlə məşğul olmadığı bildirilir.

Ən çox yaddaşlarda qalan köhnə məmurlardan biri Hacıbala Abutalıbovdur. Abutalıbov 1995-ci ildən 2019-cu ilə qədər yerli və mərkəzi icra hakimiyyətlərində rəhbər vəzifələr tutub.

Onun son iş yeri Baş nazirin müavini vəzifəsi olub. H.Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən tanınıb. O, 17 il paytaxta rəhbərlik edib. 2019-cu ilin oktyabrın 21-də vəzifədən azad olunandan sonra Abutalıbov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA)  işləyib. Hazırda 81 yaşı olan keçmiş icra başçısının təqaüddə olduğu bildirilir. O, soyuq aylarda Bakıda, isti aylarda isə vaxtını Qaxdakı bağ evində keçirməyi sevir. 

2000-ci ildən 2001-ci ilə qədər Ticarət naziri, sonra isə Ekologiya və Təbii Sərvətlər naziri olan Hüseynqulu Bağırov da faəliyyətini təhsil sahəsi ilə bağlayıb.

H.Bağırov 1992-ci ildə təsis etdiyi Qərbi Kaspi Universiteti rəhbərlik edir. O, indi bu universitetin Qəyyumlar Şurasının sədri vəzifəsində çalışır. 

Azərbaycanda uzun müddət dövlətin sosial müdafiə sahəsinə rəhbərlik etmiş Səlim Müslümov heç bir işlə məşğul olmur.

2002-2018-ci illərdə əvvəlcə Dövlət Sosial Müdafiə Fondunun sədri, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışan Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdi.Keçmiş nazir dövlət büdcəsinə vurduğu ziyanın əvəzinə 30 milyon manata yaxın vəsait ödəyib və hazırda şərti məhkumluq həyatını yaşayır.

Maraqlı dövlət xadimlərindən olan keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov sərbəst fəaliyyətlə məşğuldur. 2004-2020-ci ildə nazir vəzifəsində işləyən E.Məmmədyarov vəzifəsindən kənarlaşdırılandan sonra bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərib.

Eks-nazir AFFA İcraiyyə Komitəsində Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi adından təmsil olunub. Məlumatlara əsasən, nazir sərbəst vaxtından istifadə edərək diplomatik fəaliyyəti ilə bağlı kitab yazır. Bundan başqa o, mediada keçmiş diplomat kimi regionumuzda və dünyada baş verən siyasi hadisələrlə bağlı şərhlərlə də çıxış edir.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see432

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see227

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see201

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see196

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see195

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see180

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see177

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see169

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see165

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see165

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see162

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see162

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see161

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see161

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see161

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see159

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see156

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see153

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see152

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri