Keçmiş müstəmləkəçilik davam edir: siyasi reallıqla ziddiyyət
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Siyasi şərhçi Aydın Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Hikmət Hacıyevin bu yanaşması BMT-nin Dekolonizasiya Komitəsinin öz missiyasını yerinə yetirməkdə üzləşdiyi çətinlikləri dolayısı ilə ortaya qoyur. Həqiqətən də, bu komitə yarandığı gündən indiyə qədər nəzərdə tutulan məqsədlərə tam şəkildə nail ola bilməyib.
Dekolonizasiya edilməli olan ərazilərin siyahısında onlarla region yer alsa da, onların çox az bir hissəsində real və tam mənada dekolonizasiya prosesi başa çatdırılıb.
Şərhçi hesab edir ki, bu vəziyyətin əsas səbəblərindən biri BMT sisteminin öz daxili strukturunda və xüsusilə də mexanizmlərində mövcud olan məhdudiyyətlərdir. Çünki Dekolonizasiya Komitəsinin fəaliyyət istiqaməti keçmiş müstəmləkə ölkələrinin və ərazilərinin siyasi taleyinin müəyyən olunmasına yönəlsə də, bu prosesdə beynəlxalq güc balansı həlledici rol oynayır. Siyahıya daxil olan ərazilərin böyük hissəsi keçmiş müstəmləkəçi dövlətlərin, xüsusilə, Fransa və Hollandiya kimi ölkələrin nəzarətində qalmağa davam edir.
“Burada əsas suallardan biri ondan ibarətdir ki, BMT-nin Dekolonizasiya Komitəsi bir tərəfdən xalqların öz müqəddəratını təyin etməsi prinsipini müdafiə etdiyi halda, o biri tərəfdən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərin siyasi və institusional təsir imkanları bu prosesə necə təsir göstərir. Xüsusilə Fransa kimi dövlətlərin hələ də bəzi dənizaşırı ərazilərdə mövcud idarəçilik mexanizmlərini saxlaması, dekolonizasiya prosesinin tam reallaşmasına ciddi suallar yaradır.
Məsələn, Yeni Kaledoniya kimi ərazilərdə yerli əhalinin hüquqları və siyasi statusu ilə bağlı müzakirələr illərdir davam etsə də, yekun nəticələrə çatmaq mümkün olmur. Bu da dekolonizasiya prosesinin praktik icrası ilə bağlı beynəlxalq sistemdə mövcud olan ziddiyyətləri daha da aydın göstərir”-deyən Aydın Quliyev qeyd edib ki, belə bir vəziyyətdə BMT rəhbərliyinin rolu da xüsusi əhəmiyyət daşıyır. Əgər təşkilat dekolonizasiya prinsiplərinin real şəkildə həyata keçirilməsini istəyirsə, ya mövcud güc balansının təsirini azaldacaq effektiv mexanizmlər yaratmalı, ya da Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu prosesə təsir imkanlarını məhdudlaşdıracaq institusional islahatlara getməlidir.
Əks halda, mövcud sistem daxilində dekolonizasiya prinsiplərinin tam və bərabər şəkildə tətbiqi çətin olaraq qalacaq və bu, beynəlxalq ədalət prinsipinə dair müzakirələri daha da aktuallaşdıracaq.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 14 May 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















