Icma.az
close
up
RU
Keçmiş müttəfiqləri Əsədə qəzəblidir: Son ana qədər problem yoxdur deyib

Keçmiş müttəfiqləri Əsədə qəzəblidir: Son ana qədər problem yoxdur deyib

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Financial Times" və ABŞ-ın "New York Times" qəzetləri Suriyanın devrilmiş lideri Bəşər Əsədin Dəməşqi tərk etməsi ilə bağlı son saatların təfərrüatlarını yazıb. 

Qaynarinfo xəbər verir ki, məlumatlara görə, Əsəd öz qaçışını gizlətmək üçün son ana qədər "problem yoxdur" görüntüsü yaratmağa çalışıb.

Təxirə salınan çıxış

Keçmiş saray əməkdaşlarının NYT-yə verdiyi məlumatlara əsasən, Dəməşqin süqutundan əvvəlki axşam onun komandası müxalifətlə hakimiyyəti bölüşməyə hazır olduğunu bəyan edəcək bir çıxış hazırlayıb. İşıqlar və kameralar hazır vəziyyətdə olsa da, bu çıxış bir neçə dəfə təxirə salınıb. 

Əsəd müxaliflərin Humusa hücum etməsinə baxmayaraq, ətrafındakılara hər şeyin yaxşı olduğu görüntüsü verməyə çalışıb və paytaxtın müdafiəsinin gücləndirildiyi, Mahir Əsədin rəhbərlik etdiyi 4-cü zirehli diviziyanın cəbhəyə göndərildiyini bildirib.

Hər kəsdən gizli qaçış

FT-yə danışan mənbələrə görə, Əsəd "problem yoxdur" atmosferini, öz qaçışını çətinləşdirəcək xaosdan qaçmaq üçün yaradıb. 7 dekabr axşamı Əsədin böyük oğlu Hafizlə birlikdə Rusiya zirehli avtomobili ilə Hmeymim bazasına getdiyi qeyd olunur. 

Keçmiş Suriya baş naziri Məhəmməd Cəlali bildirib ki, həmin axşam son dəfə saat 22:30-da Əsədə məlumat verib, lakin onun cavabı "Sabah baxarıq" olub. 

Daha sonra Əsəd telefonlarına cavab verməyib. Əsəd Dəməşqi tərk edəndən sonra ordusuna geri çəkilmə əmri verdiyi və sənədlərin yandırılmasını əmr etdiyi məlum olub. Qaçışı zamanı Əsədin ailə üzvlərini, o cümlədən qardaşlarını, bacısıoğlanlarını və həyat yoldaşının ailəsini xəbərdar etmədiyi bildirilir.

"Bu xəyanətə inana bilmirəm"

Əsədin səssiz qaçışı tərəfdarlarının da qəzəbinə səbəb olub. FT-yə danışan bir mənbə deyib: "Gecənin bir aləmində it kimi qaçdı. Qaçışından bir saat əvvəl hələ də ətrafındakılara hər şeyin düzələcəyini deyirdi".

Keçmiş saray əməkdaşı isə NYT-yə açıqlamasında Əsədin öz təhlükəsizliyi üçün yaxın ətrafındakı hər kəsi qurban verdiyini qeyd edib: "Bu xəyanətə inana bilmirəm".

Əsəd, hakimiyyətdən devrildikdən sonra verdiyi ilk açıqlamada qaçışının planlaşdırılmış olmadığını və vəzifəsini tərk etmək istəmədiyini iddia etmişdi.

Hələbdə inqilab konserti

Müxalifət qruplarının idarəçiliyi ələ aldığı Suriyada həyat normala dönərkən, xalq bayram tədbirlərini davam etdirir. Ötən gün Hələbdə minlərlə suriyalı Londonda yerləşən "Syria Relief" adlı humanitar yardım təşkilatının təşkil etdiyi konsertdə iştirak edib. 

Suriyalı məşhur sənətçi Yəhya Həvvanın səhnə aldığı, dörd saat davam edən tədbirdə insanlar "inqilab" və "müqavimət" marşları oxuyaraq əyləniblər. Hadisəsiz başa çatan konsert rəngarəng görüntülərə səhnə olub, meydanda Suriya bayraqları dalğalanıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri