Icma.az
close
up
RU
Keçmiş prokuror müavini ilə 1 milyon dollarlıq qalmaqalda Elariz Məmmədoğlunun kürəkəni: “İşim istintaqa qaytarılsın...”

Keçmiş prokuror müavini ilə 1 milyon dollarlıq qalmaqalda Elariz Məmmədoğlunun kürəkəni: “İşim istintaqa qaytarılsın...”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Nərimanov rayonunun keçmiş prokuror müavini Zeynal Usubovu aldadıb, 1 milyon dollara yaxın pulunu ələ keçirməkdə ittiham olunan Nizami Alışanın işi üzrə məhkəmə prosesi başlayıb. 33 yaşlı Nizami Alışan ümumilikdə 3 nəfərə qarşı təxminən 2.5 3 milyon dollarlıq dələduzluqda təqsirləndirilir.

Bizimyol.info xəbər verir ki, Nizami Alışanın işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yanvarın 13-də hakim Aytən Əliyevanın sədrliyilə keçirilən məhkəmə prosesində onun vəkili bu işin məhkəmədə baxılmasına etiraz edib. Vəkil Samir İsayev bildirib ki, Nizami Alışanın işi üzrə istintaqda çoxsaylı pozuntulara yol verilib. Həmin pozuntular aradan qaldırılmamış bu işə məhkəmədə baxıla bilməz. Bu səbəbdən də vəkil işin prokurorluğa qaytarılması haqda vəsatət qaldırıb.

“Cinayət işinin materialları ilə tanış olan zaman maddi sübutlar təqdim olunmayıb. Cinayət işindəki disklərdə olan məlumatlar təqsirləndirilən şəxsə təqdim edilməyib. Qanuna görə, sübutlar tanışlıq prosesində tərəflərə təqdim olunmalıdır. İşin istintaqa qaytarılması üçün kifayət qədər əsaslar var”, - deyə vəkil Samir İsayev vəsatətini əsaslandırarkən bildirib.

Təqsirləndirilən Nizami Alışan özü də vəkilinin vəsatətini müdafiə edib. O da haqqındakı cinayət işinə məhkəmədə baxılmasına etiraz edib və istintaqa qaytarılmasını xahiş edib. Lakin dövlət ittihamçısı vəsatətə etiraz edib. Prokuror bildirib ki, ibtidai istintaq zamanı heç bir kobud qanun pozuntusuna yol verilməyib və işin geri qaytarılmasına əsas yoxdur. Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən şəxs də, müdafiəçisi də cinayət işinin materialları ilə tanış olublar. Prokurorun sözlərinə görə, iş məhkəmə baxışına verilməli və araşdırılmalıdır.

Hakimlər də müşavirədən sonra qərara alıblar ki, işin istintaqa qaytarılmasına əsas yoxdur. Ona görə də vəkil Samir İsayevin vəsatəti təmin edilməyib.

Həmçinin cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı yanvarın 27-nə təyin olunub.

Qeyd edək ki, Nizami Alışana qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Bu iş üzrə Zeynal Usubovdan başqa digər iki zərərçəkmiş isə Babək Məmmədzadə və Yadigar İsrafilovdur.

Babək Məmmədzadə “Aztelekom” MMC-nin keçmiş baş direktoru, 2015-ci ildə Rabitə və yüksək texnologiyalar Nazirliyindəki əməliyyatlar zamanı külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub, məhkəmənin hökmündən sonra azadlığa buraxılan Məhəmməd Məmmədovun oğluludur.

Təqsirləndirilən Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin pulunu ələ keçirməkdə ittiham olunur. Konkret Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunun alınıb, onların aldadıldığı ittihamda qeyd olunub.

İttihama görə, Nizami Alışan özünü asan pul qazanmaq istəyənlərə səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.

Zərərçəkmişlərdən Zeynal Usubov 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Nizami Alişan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun atası polkovnik Akif Alışanov isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi olub.

Nizami Alışan bir neçə ildir Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Yanvar 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri