Icma.az
close
up
RU
Davos gündəliyi və Azərbaycanın sülh imzası

Davos gündəliyi və Azərbaycanın sülh imzası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxud qlobal barış və dinc dünya naminə həmrəylik iradəsi

Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədi imzalandı. Sənədə Prezident İlham Əliyev də imza atdı. Yazımızda məsələnin Azərbaycan üçün önəmini vurğulayacağıq. Ancaq əvvəlcə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurası və Davosda mövcud xüsusda səslənmiş bəyanatlardan söz açaq.

***

Beləliklə, “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində çıxış edən Birləşmiş Ştatlar Prezidenti Azərbaycan və Ermənistan liderlərini dost adlandırdı və onların tədbirə qatıldıqlarını açıqladı: “Ermənistan, Azərbaycan. Buradakı liderlərin çoxu sonradan mənim dostlarım oldu”.

Əlbəttə, Trampın dost xitabı adi məsələ sayıla bilməz. Nəzərə alaq ki, Birləşmiş Ştatlar liderinin sülh təşəbbüsünə ən ciddi və real reaksiyanı məhz Cənubi Qafqaz ölkələri, daha dəqiq desək, Azərbaycan və Ermənistan verib. Söhbət ötən il avqustun 8-də Vaşinqtonda Bakı və İrəvan arasında sülhün paraflanmasından və Birgə Bəyannamənin imzalanmasından gedir. O Bəyannamə ki, orada Trampın şahid imzası var.

Deməli, Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin dost anlayışının, belə demək mümkünsə, haqqını vermiş durumdadırlar. Onların “Sülh Şurasının Nizamnaməsi”nə imza atmaları da bu mənada xüsusi əhəmiyyət daşımaqdadır. Yəni Cənubi Qafqaz barış və sabitlik yolundadır. O barış və sabiltik ki, onun yaradılması Azərbaycanın qətiyyəti və iradəsi, Ermənistanın isə reallığı düzgün qiymətləndirməsi nəticəsində baş verdi. İndi hər iki ölkə sülhə sadiqliklərini qlobal miqyasda da yüksək tutmalıdırlar. Axı dünyada həlli vacib məsələlər var.

Bəli, beynəlxalq miqyasda münaqişəli durumlar qalmaqdadır və Sülh Şurası onların aradan qaldırılması baxımından ümidverici platforma potensialı daşımaqdadır. Münaqişəli durumlara gəldikdə, Prezident Tramp imzalanma mərasimindəki çıxışında onlardan söz açdı. Məsələn, o, İsraildə girovların geri qaytarılmasından, Qəzzanın yenidən qurulması ilə bağlı planlardan danışdı, prosesi çətin iş kimi qiymətləndirdi və HƏMAS-dan sonuncu girovun cəsədinin qaytarılmasını tələb etdi.

Ağ Ev sahibi, eyni zamanda, Qəzzanın yenidən qurulacağının və mövcud istiqamətdəki fəaliyyətin uğurlu olacağının anonsunu verdi. “Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik”, - deyən Trampın diqqəti BMT-nin üzərinə çəkməsi adi məsələ deyil. Doğrudur, ABŞ lideri BMT-nin böyük potensialının olduğunu dedi, amma həmin potensialdan istifadə edilmədiyini vurğuladı. D.Tramp, həmçinin, qurumun müharibələri bitirmək üçün kifayət qədər səy göstərmədiyini də dilə gətirdi.

Prezident Trapmın BMT ilə bağlı fikirlərini davam etdirirmiş kimi ovqat yaradan ABŞ Dövlət katibi Marko Rubio isə “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimindəki çıxışında dedi ki, Sülh Şurası konkret fəaliyyət şurasıdır. Onun sözlərinə görə, uzun illər beynəlxalq siyasətdə bəyanatlar, sərt ifadəli məktublar və nəticəsiz çıxışlar üstünlük təşkil edib, lakin real addımlar atılmayıb və Vaşinqton barış naminə hər kəslə danışmağa və əməkdaşlığa hazırdır.

Ümumən, cənab Rubionun fikirləri Sülh Şurasının real işlək mexanizm mahiyyətinin təbliğinə yönəlmişdi. Məsələn, o, mövcud platformada bir araya gələn liderlərin konkret nəticələr əldə etməyə və işi sona çatdırmağa kökləndiklərini vurğuladı. Ən başlıcası isə ABŞ rəsmisi izahı ilə yeni bir dövrün və yeni mərhələnin başlandığını bəyan etdi və bildirdi ki, bu yanaşma bütün dünya üçün mümkün olanın nümunəsi kimi çıxış edir.

M.Rubio, habelə, Sülh Şurasının uğurlu nəticələr verəcəyini, dünyanın müxtəlif bölgələrindən fərqli tarixi, dini və mədəni mənsubiyyətlərə malik ölkələri bir araya gətirəcəyini vurğuladı və təşəkkürünü çatdırdı: “Bizə qoşulduğunuz üçün təşəkkür edirik və bunu yüksək qiymətləndiririk”.

Bir qədər əvvəl dünyada münaqişəli durumların hələ də qaldığını vurğuladıq. Bu mənada, Trampın Yaxın Şərqdə barışın yarandığını deməsi Sülh Şurasının gələcəyi üçün nikbin perspektiv yaradır. Amma nikbinlik bununla məhdudlaşmır. Çünki o, daha bir münaqişənin yaxın zamanda həllinə inandığını ilə gətirdi. “Düşünürəm ki, hansından danışdığımı bilirsiniz. Elə bilirdim ki, bu, asan olacaq, amma ən çətin məsələ məhz bu oldu”, - deyən ABŞ lideri Ukraynadakı müharibəyə toxundu və orada insan tələfatının çoxluğunu “dəhşətli durum” adlandırdı.

Əlbəttə, Ukraynadakı durum məsələyə insanlıq faciəsi prizmasından baxmaq üçün əsaslar verir. O da məlumdur ki, Prezident Tramp iki dəfə savaşı dayandırmağa səy göstərib. Amma cəhdləri fayda verməyib. Bu mənada onun hazırda nikbin bəyanat səsləndirməsi adi məsələ sayıla bilməz. Axı Rusiya-Ukrayna müharibəsi göstərdi ki, münaqişəyə yalnız bəşəri nöqteyi-nəzərdən deyil, eyni zamanda, maraqlar toqquşması baxımından yanaşılmalıdır. Deməli, sülhün yaranması üçün maraqlar uzlaşdırılmalıdır. Trampın şəxsində Amerikanın Sülh Şurası egidası altında bunu bacarıb-bacarmayacağını isə zaman göstərəcək.

***

Prezident İlham Əliyevin “Sülh Şurasının Nizamnaməsi” sənədinə imza atması heç də gözlənilməz deyildi. Çünki ölkəmiz Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmaq barədə Prezident Trampın dəvətini qəbul etmişdi. Bu, həm Prezident İlham Əliyevin amerikalı həmkarına ünvanladığı məktubda, həm də Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında əksini tapmışdı.

Məlum olduğu kimi, Sülh Şurası, ilk növbədə, Qəzza zolağında barışın təmin olunması, idarəçilik, yenidənqurma və silahsızlaşdırma proseslərinin koordinasiyası məqsədi daşıyır. Lakin əvvəldə bildirdiklərimizdən də aydın oldu ki, Birləşmiş Ştatlar administrasiyası onu, ümumən, beynəlxalq münaqişələrin həllində rol oynaya biləcək platforma kimi təqdim və təbliğ edir, həmçinin Şuranın BMT-nin və digər ənənəvi multilateral institutların roluna alternativ və ya tamamlayıcı struktura çevrilməsini istəyir.

Hələlik belə nəticəyə gəlmək olar ki, Sülh Şurası ənənəvi diplomatik formatlardan kənar yeni güc mərkəzinin formalaşması reallığını doğurmayacaq. Əlbəttə, bu, Qəzza zolağında münaqişədən sonra idarəetmə, yenidənqurma və təhlükəsizlik məsələlərinin səmərəli həllindən asılıdır. Habelə, Şura elə fəaliyyət göstərməlidir ki, BMT və başqa regional aktorlarla qarşılıqlı münasibətlərin gərginləşmə ehtimalı olmasın.

Bəli, Sülh Şurası uğurla fəaliyyət göstərsə, qurum münaqişələr sonrası bərpanı yaxşılaşdırmaq baxımından presedent yarada, habelə, radikallaşma riskini azalda, regional iqtisadi əməkdaşlığı artırmaq şansı verə bilər.

Azərbaycan həm bu amili, həm də yuxarıda üzərində dayandığımız və ayrı-ayrı cəhətlərini vurğuladığımız, belə demək mümkünsə, konfliktsizlik paradiqmasını rəhbər tutur. Mövcud məqam Prezident İlham Əliyevin amerikalı həmkarına bir neçə gün əvvəlki məktubunda da əksini tapmışdı: “Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq”.

Onu da bildirək ki, dövlətimizin başçısının Prezident Trampa ünvanladığı məktubda ABŞ liderinin Şurada təmsilçilik dəvətini qəbul edərək bildirilmişdi ki, “bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm”.

Deməli, Azərbaycan rəsmi Vaşinqtonun yeni təşəbbüs çərçivəsində sülh və sabitliyi əsas götürmə kazusunu rəhbər tutacaq. Yəni ölkəmiz Sülh Şurasını hansısa qlobal konfrantasiyalar baxımından qütbləşmə platforması formatında görmür. Prezident İlham Əliyevin məktubunda vurğuladığı da elə budur: “İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək. Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm”.

Sonda ümumiləşdirmə apararaq deyək ki, Prezident İlham Əliyevin “Sülh Şurasının Nizamnaməsi” sənədinə imza atması ilə Azərbaycanın bu quruma rəsmən qoşulması ölkəmizin müasir, praqmatik və çoxvektorlu xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilməlidir. Müharibədən çıxmış və regionda yeni status-kvo formalaşdıran ölkəmiz postmünaqişə mərhələsində formalaşan yeni siyasi reallıqları xarici aləmə daşıyır. Bu, beynəlxalq platformalarda “təhlükəsizlik istehsalçısı” imicimizin möhkəmlənməsi deməkdir. Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan postmünaqişə idarəetməsi sahəsində əldə etdiyi unikal təcrübəni ixrac oluna bilən siyasi kapitala çevirir və ölkəmiz qlobal sülh gündəliyinin formalaşmasında fəal iştirakçı ampluası qazanır.

Digər mühüm məqam odur ki, Sülh Şurasında təmsilçilik Azərbaycan–ABŞ funksional əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Yəni Bakı-Vaşinqton münasibətləri konqres və bürokratik mexanizmlərin filtrindən kənara çıxararaq birbaşa müstəviyə keçir. Nəhayət, Sülh Şurası anti-Rusiya platforması olmadığından qurumda təmsilçilik hansısa geosiyasi tərəf seçimi dilemması yaratmayacaq ki, bu da öz növbəsində Azərbaycanın balanslı, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursuna sadiqliyinin qorunmasıdır.

XQ-nin analitik qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri