Keçmiş rəis restoranda adam döydü, tutuldu
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mingəçevirdə sabiq vəzifəli şəxsin iştirakı ilə restoranda dava baş verib.
“Yeni Sabah” Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən restoranlardan birində qeydə alınıb.
Məlumata görə, münaqişədə fəaliyyəti ləğv edilmiş 5 saylı Magistral Yolların İstismarı MMC-nin sabiq rəisi Arif Abbasov da iştirak edib. Onlayn mağaza
Bildirilir ki, mübahisə zamanı A.Abbasov qarşı tərəfə xəsarət yetirib.
Hadisə ilə bağlı polis əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Nəticədə Arif Abbasov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə A.Abbasov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Baxış sayı:106
Bu xəbər 12 Noyabr 2026 07:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















