Keçmiş səfir: Pakistanlı general İranın etimadını qazanıb
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
"Feldmarşal Asim Munirin vasitəçilikdəki rolu həlledici idi".
"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İranın AZərbaycandakı keçmiş səfiri, hazırda Prezident Aparatında Protokol şöbəsinin rəhbəri Abbas Musəvi bildirib.
"Ən yüksək hərbi rütbəsi, habelə ABŞ ilə yaxşı münasibətləri var və şiə olduğu üçün İranda yüksək səviyyədə etimad qazanıb", - deyə o əlavə edib.
Xatırlatma: Pakistanın ordusunun Baş Qərargah rəisi Asim Munir ABŞ-İran münaqişəsində Baş nazir Şahbaz ŞƏriflə bərabər, vasitəçilərdən biri kimi çxış edir. Bu çərçivədə o, Tehrana səfər edib.
Hazırda Pakistanda ABŞ-İran danışıqlarının ikinci mərhələsi üçün hazırlıqlar gedir.
Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərliyi ilə İslamabadda ABŞ nümayəndələri ilə ilk danışıqlar baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 23 Aprel 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















