Icma.az
close
up
RU
Keçmişdə xəyanətə uğrayan və ya tərk edilən insanlar daha tez qısqanclığa qapılır AÇIQLAMA

Keçmişdə xəyanətə uğrayan və ya tərk edilən insanlar daha tez qısqanclığa qapılır AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda son illərdə qısqanclıq zəmnində ailə daxili münaqişələr artıb. Eyni zamanda bu münaqişələr qətllə də nəticələnir. Bütün bunlar barədə mətbuatda çox sayda informasiyalar var.

Psixoloq Zeynəb Əyyubova Redaktor.az-a açıqlamasında bildirdi ki, qısqanclıq insan psixologiyasının təbii bir hissəsi olsa da, bəzi hallarda patoloji səviyyəyə çataraq təhlükəli nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, belə hallar adətən bir sıra psixoloji problemlərdən qaynaqlanır:

Şəxsiyyət pozuntuları – Xüsusilə narsistik və ya borderline şəxsiyyət pozuntusu olan insanlarda partnyora qarşı həddindən artıq nəzarət və sahiblənmə hissi müşahidə olunur.

Özünəinamın aşağı olması – Özünü dəyərsiz hiss edən insanlar tez-tez tərəfdaşlarının onlara sadiq olmayacağından qorxurlar və bu, aqressiv davranışa səbəb ola bilər.

Travmatik keçmiş təcrübələr – Keçmişdə xəyanətə uğrayan və ya tərk edilən insanlar daha tez qısqanclığa qapılır və emosional balanslarını itirə bilirlər.

Psixi pozuntular – Paranoid düşüncələrə meyilli insanlar həqiqi sübutlar olmadan belə tərəfdaşlarını xəyanətdə günahlandıra bilərlər.

Toksik ailə modeli və tərbiyə – Erkən yaşlardan qadına qarşı zorakılığın normal olduğu bir mühitdə böyüyən insanlar bunu adi hal kimi qəbul edə bilər.

Psixoloq qeyd etdi ki, bu məsələni həll etmək üçün, cəmiyyət arasında sağlam münasibətlər və emosional tənzimləmə ilə bağlı maarifləndirmə aparılmalıdır:

"Qısqanclıq problemi yaşayan şəxslərə psixoloji dəstək göstərilməli, münasibət problemlərinin kökündə duran səbəblər araşdırılmalıdır. Qadınlara qarşı zorakılığın qarşısını almaq üçün hüquqi mexanizmlər gücləndirilməli, qurbanlar üçün sığınacaqlar və dəstək proqramları yaradılmalıdır. Qısqanclıq hissini idarə edə bilməyən şəxslərə bu duyğunu sağlam şəkildə yönləndirmək üçün xüsusi təlimlər və terapiyalar təklif olunmalıdır. Bu cür hadisələrin qarşısını almaq üçün həm fərdi, həm də cəmiyyət səviyyəsində psixoloji sağlamlıqla bağlı daha ciddi addımlar atılmalıdır"- deyə Z.Əyyubova vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri