Icma.az
close
up
RU
“Kəlağayı” layihəsinin rəhbəri: Hər birimiz şəhid analarına borcluyuq

“Kəlağayı” layihəsinin rəhbəri: Hər birimiz şəhid analarına borcluyuq

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 iyul, Xatirə Cəfərova, AZƏRTAC

Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin anaları xalqımızın ən yüksək dəyər verdiyi, ehtiramla yanaşdığı şəxsiyyətlərdəndir. Onların yaşadığı dərd və acı heç nə ilə ölçülə bilməz. Bu analara ehtiramla yanaşmaq, onların üzünə təbəssüm, qəlbinə bir az da olsa təsəlli bəxş etmək hər birimizin mənəvi borcumuzdur. Məhz bu məqsədlə irəli sürdüyüm təşəbbüs əsasında “Sahibkar Qadınlar” İctimai Birliyi tərəfindən “Kəlağayı” layihəsi həyata keçirilir. Layihə ilk dəfə bu il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə təqdim olunub. Əsas məqsədimiz şəhid analarının qara kəlağayısını simvolik olaraq qızılı kəlağayı ilə əvəz edərək, onlara cəmiyyətin sevgisini və dəstəyini hiss etdirməkdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Sahibkar Qadınlar” İctimai Birliyinin (İB) sədri Zemfira Ağayeva bildirib.

Layihənin mahiyyəti və həyata keçirilmə prosesi ilə bağlı məlumat verən İB sədri deyib: “Layihə şəhid anaları tərəfindən müsbət qarşılandı və tədbir ərəfəsində onlar qara kəlağayını qızılı kəlağayı ilə dəyişdilər. Anaların üzündəki sevinc bu ideyanın nə qədər doğru olduğunu göstərdi və biz bu təşəbbüsü genişləndirməyi qərara aldıq. Sonra bu tədbirlər Ağdaşda, Xaçmazda, paytaxtımızın Yasamal rayonun şəhid anaları üçün təşkil olundu. Gələcəkdə belə tədbirləri dövlət qurumlarının maliyyə dəstəyi ilə həyata keçirməyi planlaşdırırıq”.

Qızılı kəlağayılar Şəki şəhərində “Sahibkar Qadınlar” İctimai Birliyinin sifarişi əsasında xüsusi olaraq şəhid anaları üçün hazırlanır və hər detalı dizayn edilir: “Müqaviləyə əsasən qızılı kəlağayılar modeli yalnız şəhid anaları üçün nəzərdə tutulub. Hazırda layihə yalnız “Sahibkar Qadınlar” İctimai Birliyinin üzvlərinin şəxsi dəstəyi ilə həyata keçirilir. Hər birimiz bu təşəbbüsə könüllü şəkildə töhfə veririk. Gələcəkdə isə dövlət qurumlarının dəstəyi ilə layihəni daha geniş miqyasda reallaşdırmağı planlaşdırırıq”.

Layihənin gələcək mərhələlərində onun digər bölgələri də əhatə etməsi, daha geniş auditoriyaya çatdırılması planlaşdırılır: “Başqa qadın qruplarının da “Kəlağayı” layihəsini həyata keçirmələrini istərdik. Layihə nə qədər çox dəstəklənərsə, bizim üçün sevindirici və qürurvericidir. Hər birimiz şəhid analarına borcluyuq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri