Icma.az
close
up
RU
“Kəlağayının yeni hekayəsi” layihəsi təqdim edilib

“Kəlağayının yeni hekayəsi” layihəsi təqdim edilib

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayının yeni hekayəsi” layihəsinin təqdimatı keçirilib.

Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 11-ci ildönümünə həsr olunan tədbiri giriş nitqi ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova açıb. O, kəlağayının yalnız xanımlara aid gözəl əşya və ya tətbiqi sənət nümunəsi deyil, xalqımıza məxsus dərin fəlsəfə, nəsildən-nəslə ötürülən yaddaş qoruyucusu  olduğunu bildirib. Azərbaycan Milli Xalça Muzeyinin bu irsin qorunması və yeni nəsillərə tanıdılması üçün davamlı şəkildə çalışdığını vurğulayıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva milli qadın geyiminin qədim atributu olan kəlağayı sənəti haqqında məlumat verib, onun bu gün də müxtəlif elmlərin müstəqil tədqiqat predmeti olduğunu söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova kəlağayını Azərbaycan qadınlarının zərifliyini və ən gözəl keyfiyyətlərini daha qabarıq göstərən dəyərli aksesuar adlandırıb. Bildirib ki, Gülnarə Xəlilova kəlağayı sənətini elmi-nəzəri cəhətdən araşdıran, onun keçmişi və gələcəyi arasında körpü olmağı bacaran sənətkardır.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “CİZGİ” brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilova isə təqdim olunan yeni kolleksiyasında kəlağayının mənəvi gücünü müasir moda dili ilə birləşdirərək kəlağayının qadın taleyi, mədəni yaddaş və milli kimliklə bağlılığını göstərməyə çalışdığını diqqətə çatdırıb.

Layihə çərçivəsində Gülnarə Xəlilovanın “İpəyin sehri” geyim kolleksiyası nümayiş etdirilib. Kəlağayının dərin mənalarını müasir moda dilinin incə estetikası ilə birləşdirərək ərsəyə gətirilən, ipəyin ən parlaq və poetik çalarlarını üzə çıxaran yeni kolleksiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Burada, eyni zamanda, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasındakı tarixi və müasir kəlağayılardan, həmçinin Gülnarə Xəlilovanın “İpək sərvət” kolleksiyasındakı müasir geyimlərdən ibarət sərgi təşkil olunub. Muzeyin əməkdaşları tərəfindən kəlağayının hazırlanması üzrə ustad dərsi keçirilib.

Tədbirin bədii hissəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi “Kəlağayı” rəqsini ifa edib.

Kəlağayının əsrlər boyu daşıdığı ruhu bu günün yaradıcı enerjisi, estetik baxışı və düşüncə tərzi ilə harmonik şəkildə bir araya gətirən təqdimat qədim irsimizin yalnız keçmişə aid mədəni miras deyil, daim inkişaf edən, yeni məna qazanan sənət dili olduğunu bir daha təsdiqləyir.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və “Gulnara Khalilova” moda evinin əməkdaşlığı ilə baş tutub.

Azərbaycan milli simvollarından biri olan kəlağayı həm geyim, həm də mədəniyyət nümunəsidir. Kəlağayı – qadınların baş örtüyü olaraq istifadə etdiyi incə və rəngarəng naxışlarla bəzədilmiş ənənəvi parçadır. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin incilərindən biri olan kəlağayı sadəcə bir baş örtüyü deyil, həm də qadınların zərifliyini və ölkənin tarixini daşıyan bir sənət əsəridir. Kəlağayının yaranma tarixi əsasən XIX əsrə aid olsa da, istehsalı Azərbaycanda qədimdən məlumdur. Orta əsrlərdə Azərbaycan ərazisində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlılar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli, kiçik ölçülü kəlağayılar örtürlər. Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrində dastan, qoşma, gəraylı və bayatılarında, xüsusilə də aşıq poeziyasında, kəlağayı, çalma, çarqat haqqında olduqca maraqlı poetik fikirlər əksini tapmışdır. Məsələn:

Kəlağayın ucu sarı,

Açılır könlüm qubarı,

Söylə görüm kimin yarı,

Yaxan düymələ, düymələ!

Kəlağayıya həsr olunan digər ədəbi əsərlərdən Sərraf Şiruyənin “Kəlağay” şeirini, Şamo Nərimanoğlunun “Kəlağayı” hekayəsini, Rüfət Əhmədzadənin “Kəlağayı ilə striptiz” əsərlərini də qeyd etmək olar.

Həmçinin Azərbaycan rəssamlarının çəkdiyi əsərlərdə də kəlağayının təsvirinə geniş yer verilir. Kəlağayıya həsr olunan rəsm əsərlərindən Səttar Bəhlulzadənin 1973-cü ildə çəkdiyi “Kəlağayı ilə natürmort”u qeyd etmək olar. 

Kəlağayının milli mədəniyyətimizdəki önəmi böyükdür və bu sənət növünün qorunması, gələcək nəsillərə ötürülməsi vacibdir.

Aynur Ədil       

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri