Icma.az
close
up
RU
Bakıda kəlağayının UNESCOnun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub AZƏRTAC

Bakıda kəlağayının UNESCOnun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 dekabr, AZƏRTAC

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində kəlağayının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “İnkişaf” elmi mərkəzi və Basqal “Kəlağayı” İpək Mərkəzinin birgə təşkil etdikləri tədbiri giriş sözü ilə açan Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova bildirib ki, mədəni irsin qorunması və yaşadılması xalqın gələcəyinə olan töhfədir.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun ailəsinin üzvü Rəna İbrahimbəyova kəlağayının tarixi və mədəni əhəmiyyətindən bəhs edib, həmçinin bu nadir milli atributun fəlsəfi cəhətlərinə toxunub. Onun sözlərinə görə, kəlağayı sadəcə qadın baş örtüsü deyil, həmçinin rəmzi və dərin məna daşıyıcısı kimi qiymətləndirilməlidir. O, zərif cinsini nümayəndələrinin müdafiəsi, müdriklik, gözəllik simvoludur və xalqımızın mədəniyyətinin dərinliklərinə nüfuz edir.

Rəna xanım qeyd edib ki, kəlağayı sənətinin bərpası və populyarlaşması ölkə rəhbərliyinin mədəni irsə diqqətli münasibətinin nəticəsidir: “Bu gün kəlağayı yeni məzmunla zənginləşib, daha rəngarəng olub və gözəlləşib. Bütün bunlar bu prosesdə əməyi danılmaz və əvəzsiz olan birinci xanımımız Mehriban Əliyevanın səyləri nəticəsində mümkün olmuşdur. Onun təşəbbüsləri sayəsində kəlağayı dünya mədəniyyət məkanında layiqli yer tutdu”.

O, həmçinin jurnalistlərlə söhbətində kəlağayının UNESCO-nun siyahısına salınmasının tarixi nailiyyət olduğunu qeyd edib: “On il əvvəl, 2014-cü il noyabrın 26-da əlamətdar hadisə baş verdi - kəlağayı bəşəriyyətin qeyri-maddi mədəni irsinin obyekti kimi tanındı. Bu addım mədəniyyətimizin unikallığını vurğulamaqla yanaşı, onun beynəlxalq aləmdə əhəmiyyətini möhkəmləndirir. Biz fəxr edirik ki, milli rəmzimiz dünya irsi xəzinəsində öz layiqli yerini tutub”.

Rəna xanım kəlağayının təkcə praktiki deyil, həm də dərin fəlsəfi funksiyanı yerinə yetirən universallığına diqqət çəkib: “Kəlağayı vasitəsilə insanlar öz duyğularını ifadə edir, düşüncələrini, dəyərlərini çatdırır. Bu, sadəcə geyim elementi deyil, nəsilləri və mədəniyyətləri birləşdirən ünsiyyət vasitəsidir. Məhz bu anlayış UNESCO-nun mütəxəssisləri üçün həlledici oldu və onlar yekdilliklə onun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə səs verdilər”.

O, həmçinin qeyd edib ki, kəlağayının beynəlxalq səviyyədə tanınması uzun və gərgin işin nəticəsidir.

“Dünya irsinin çoxsaylı nadir elementləri arasında kəlağayını müəyyən etmək asan məsələ deyildi. Amma birinci xanımımızın peşəkarlığı və əzmkarlığı sayəsində bu, reallığa çevrildi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan dünya mədəniyyətinə mühüm töhfə verib və bu töhfədə kəlağayı mühüm rol oynayır”, - deyə Rəna xanım sözlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri