Milli Xalça Muzeyi və “Gulnara Khalilova” moda evi “Kəlağayının yeni hekayəsi” layihəsi təqdim edəcək
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində "Kəlağayının yeni hekayəsi" layihəsinin təqdimatı keçiriləcək. Tədbir Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 11-ci ildönümünə həsr olunacaq.
Layihə çərçivəsində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "CİZGİ" brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilovanın "İpəyin sehri" geyim kolleksiyası nümayiş etdiriləcək. Gülnarə Xəlilovanın yeni kolleksiyası kəlağayının dərin mənalarını müasir moda dilinin incə estetikası ilə birləşdirərək ipəyin ən parlaq və poetik çalarlarını üzə çıxarır. Geyimlərdəki hər bir naxış, rəng keçidi kəlağayının qadın taleyi, mədəni yaddaş və milli kimliklə bağlılığını göstərir.
Burada həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş tarixi və müasir kəlağayılar təqdim olunacaq, muzeyin əməkdaşları tərəfindən kəlağayının hazırlanması üzrə ustad dərsi keçiriləcək.
Kəlağayının əsrlər boyu daşıdığı ruhu bu günün yaradıcı enerjisi, estetik baxışı və düşüncə tərzi ilə harmonik şəkildə bir araya gətirən təqdimat qədim irsimizin yalnız keçmişə aid mədəni miras deyil, daim inkişaf edən, yeni məna qazanan sənət dili olduğunu bir daha göstərəcək.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və "Gulnara Khalilova" moda evinin əməkdaşlığı ilə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 21 Noyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















