Icma.az
close
up
RU
Menu

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

Müharibə riski ciddi olaraq qalır

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Qəhvə iç və daha uzun yaşa...

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Kəlbəcər faciəsini yenidən yaşamaq istəmirsinizsə...DÜŞMƏNİ UNUTMAYIN

Kəlbəcər faciəsini yenidən yaşamaq istəmirsinizsə...DÜŞMƏNİ UNUTMAYIN

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İşğaldan azad olunmuş yurd yerlərimizə nəzər saldıqca nə qədər seviniriksə, şad oluruqsa, bir o qədər kədər ürəyimizdən yan keçmir. Axı, bu torpaqların hər qarışına igid eloğullarımızın müqəddəs qanı çilənib...

Axı, bu torpaqların üzərində bu gün rahatca gəzə biliriksə bunu bizə bəxş edən minlərlə oğul artıq bir addım atmağı bacarmır, gün işığına həsrət qalanlarlar var, qolların yan açıb balasını qucaqlamağın həsrətini çəkir...Bəli, 100 minlərlə igid öz sağlamlığını bax o sevincək gəzdiyimiz yerlərə qurban verib.
Düz 32 il analar gözləri yollarda gecə -gündüz döyüşə göndərdiyi pəhləvan cüssəli oğlunu haraylayıb!Bu gün isə o analara, atalara, bacılara bir tabuta yığılmış bir ovuc sümük, cəsəd qırıqları veriblər. Lənətə gəlsin düşməni.... Deyirik...

Amma bir nüansı unuduruq. Unuduruq ki, biz nə vaxt düşmənimizin düşmən olduğunu unutsaq həyat bizi cəzalandırır, ən həssas yerimizdən vurur, göz dağı verir. İgidlərimizin sayının azalmağı, çıxdaş olmağı ilə bizə cəza kəsir həyat !
Ən xırda düşmən həmləsi, tuş olduğumuz ən az atəş i də unutmamalıyıq!

Unudacağıqsa, yenə torpaqlarımız işğal olunacaq, günahsız soydaşlarımız kütləvi şəkildə işgəncələrlə qətlə yetiriləcək, körpələrimiz tonqalda yanacaq, gəlinlərin-qızların namusuna toxunulacaq, qocaların başının dərisi üzüləcək, əli silah tutanlarımız erməni qəbirləri üzərində başı kəsiləcək, itlərə yem ediləcək, tankın arxasına bağlanıb dağları dərələri sürütlədib hər parçasını bir dərədə qoyacaqlar...


Bu günkü günü də unutmağa haqqımız yoxdu! Hazırda xoşbəxtik deyə, işğalda bir qarış torpağımız yoxdur deyə seviniriksə, ötənləri də unutmamalıyıq. 1993-cü il aprelin 2-si...
Ermənistan silahlı qüvvələri və onların havadarları Kəlbəcəri işğal etdi. 70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşdü, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürüldü və itkin düşdü, minlərlə sakin yaralandı.
Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi. Düşmən o cənnəti taladı, yerlə yeksan etdi, xarabazara çevirdi.

Bir dəfə əməkdaşlarımızla redaksiyada söhbət edirdik. Söhbət Azərbaycan ən gözəl rayonu hansı olmasından düşdü. Onda yazıçı Aqil Abbas bir dünya dahisinin adını çəkdi , (unutmuşam adını) dedi ki, həmin dahi əsərlərində yazırmış ki, Allah bütün dünyanı insanlar üçün yaratdı, amma İtaliyanı özü üçün yaratdı. Bu o demək idi ki, dünyanın heç bir ölkəsi təbiətinə görə İtaliya ilə müqayisə oluna bilməz. Sonra Aqil müəllim söhbətinə davam edərək vurğuladı ki, bizim hər bir rayonumuz gözəldir, torpağı, suyu məcundur. Allah bütün rayonları azərbaycanlılar üçün yaradıb, amma Kəlbəcəri özü üçün yaradıb. Çünki heç bir rayonun Kəlbəcərlə müqayisə olunacaq təbii gözəlliyi yoxdur.


Həqiqətən elədir! Uşaqlığım o dağlarda keçdiyi üçün əminliklə deyə bilərəm ki, KƏLBƏCƏR BİR TƏBİƏT MÖCÜZƏSİDİR. Altı da, üstü də tükənməz sərvət olan Kəlbəcəri itirməklə Azərbaycan zəngin xəzinələr diyarını itirmişdi.
Nəhayət, 27 illik həsrətdən sonra o müqəddəs gün gəldi. 44 günlük müharibə başladı və Azərbaycan xalqı bu müqəddəs müharibədə qalib oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. 2020-ci ilin 25 noyabrı tariximizə Kəlbəcər şəhəri günü kimi düşdü. İndi də düşmənin xarabazara çevirdiyi Kəlbəcər yenidən qurulur. Kəlbəcərdə tikinti işlərinə 80 milyon manat ayrılıb. Tikirlər, qururlar...

Kəlbəcərlilər doğma yurdlarına tezliklə qayıdacaq, orada xoşbəxt günlər yaşayacaq.
Amma bu sözü tək kəlbəcərlilərə demirəm, bütün yurduna köçən qarabağlılara, eyni zamanda Qarabağda elə qarabağlılar qədər fədakarlıq göstərmiş bütün Azərbaycan vətəndaşlarına deyirəm! Düşməni unutmayın, onların əməllərini hər gün xatırlayın! Əgər düşməni unutsanız təsəvvür edin ki, məşəqqət, məğlubiyyət, faciə, soyqırım, kütləvi işğəncə üsulları, gənclərimizin gənc yaşlarındanhəyatla vidalaşması yenidən yaşanacaq! Yenidən növbəti bir dəhşət dolu 32 il yaşayacağıq!


Düşməni unutmayın!

 Bütün şəhidlərimizin ruhu qarşısında elliklə baş əyirik! Əlinə silah götürüb vətəni yağıdan qorumuş bütün igidlərimizə Allahdan çansağlığı, el-oba sevgisi, ailə səadəti və nəhayət məmur  qayğıkeşlıyi arzulayırıq!

Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see245

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see244

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see233

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see228

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

30 Sentyabr 2025 15:06see183

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see178

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see155

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see152

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see141

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see140

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see136

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see135

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see130

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see128

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see127

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see126

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see125

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see125

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see124

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri