Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Kəlbəcər yenidən dirçəlir REPORTAJ VİDEO

Kəlbəcər yenidən dirçəlir REPORTAJ VİDEO

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kəlbəcər, 3 aprel, Elcan Məmmədov, AZƏRTAC

1993-cü il aprel ayının əvvəlində ölkəmizdə gedən siyasi hərc-mərcliklər və AXC-Müsavat hakimiyyətinin xalqımızın və ərazilərimizin təhlükəsizliyini təmin edə bilməməsi nəticəsində respublikamızın dilbər guşələrindən biri olan Kəlbəcər rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində onlarla tarixi abidə, 150-yə yaxın kənd, İstisu sanatoriyası və Kəlbəcər şəhəri dağıdılaraq xarabazara çevrilib.

İyirmi yeddi ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Ordumuzun sayəsində Kəlbəcər 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, bu gün Kəlbəcərdə də misli görünməmiş tikinti-quruculuq və təmir-bərpa işləri sürətlə davam edir.

Tikinti şirkətinin layihə rəhbəri Vazeh Vəliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kəlbəcər rayonunda ilk məhəllələrin salınması prosesinin sürətlə davam etdiyini deyib: “Kəlbəcər rayonu ərazisində yaşayış binaları üçün ayrılmış yer 19.5 hektar ərazidir. Burada salınacaq ilk məhəllə 3.26 ha ərazini əhatə edir. Yaşayış məntəqəsində altı ədəd dördmərtəbəli iki blokdan ibarət binalar və qarşılarında isə ikimərtəbəli iki ədəd “townhouse” tikintisinin başa çatdırılması nəzərdə tutulub. Dördmərtəbəli binalar 27 mənzildən ibarət olmaqla iki, üç və dördotaqlı mənzillərdir”.

Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da Tədbirlər Planının icrası istiqamətində çoxşaxəli işlər görülməkdədir.

Ötən il sentyabrın 2-də ölkə başçısı tərəfindən təməli qoyulan Kəlbəcər şəhəri ikinci yaşayış məhəlləsində ayrılmış ərazinin ümumi sahəsi 1.76 hektardır. Bu layihədə isə 160 mənzildən ibarət yaşayış binaları yer alıb. Digər yaşayış məhəllələrinin isə konsept layihələri ilə bağlı işlər görülməkdədir.

Həmçinin bildirilib ki, yaxın zamanlarda Zar, Zallar və Yanşaq kəndlərində də tikinti işlərinə start verilməsi gözlənilir. Kəlbəcər şəhərində inzibati bina üçün ayrılan ərazinin sahəsi 2.42 hektar, şəhər parkı üçün ayrılan ərazi isə 10.9 hektar təşkil edəcək. Əlavə olaraq, 3.1 hektar ərazidə İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Ümumi sahəsi 2.24 hektar olan Kəlbəcər Şəhər Təhsil Kompleksinin ərazisində 528 şagirdlik ümumtəhsil orta məktəbinin və 80 yerlik uşaq bağçasının, 7 peşə təhsili üzrə emalatxana və 70 yerlik yataqxananın tikintisinin də növbəti ildə tamamlanması gözlənilir.

Kəlbəcər rayonunda yerləşən İstisu qəsəbəsində isə 159 fərdi yaşayış evin inşası nəzərdə tutulub.

Təməli 2022-ci ilin 26 iyun tarixində qoyulan və hazırda da tikintisi davam edən “İstisu” Müalicə-İstirahət Kompleksi sağlamlıq turizmi baxımından ixtisaslaşacaq kompleksin 34 hektar ərazidə inşa edilməsi və orada hotel, restoran, kafe, kottec, inzibati bina, multifunksional konfrans zalı, əyləncə məkanları, açıq və qapalı hovuzların inşası planlaşdırılıb. 145 otaqdan ibarət olacaq hotel binasının qonaq qəbuletmə imkanının 420 olması ehtimal olunur.

Kəlbəcər düşmən tərəfindən xarabazara dönsə də, bu gün öz övladlarının ağuşunda gülüstana çevrilir. Möhtəşəm layihələr ard-arda fasiləsiz şəkildə start götürür. Azərbaycan xalqı Kəlbəcərin işğalını heç vaxt unutmayacaq, hər il Zəfər bayramında yenidən qurulan Kəlbəcərlə qürur duyacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri