Icma.az
close
up
RU
Kəlbəcər Şəhəri Günü: Zəfərin, qalibiyyətin və yenidənqurmanın simvolu

Kəlbəcər Şəhəri Günü: Zəfərin, qalibiyyətin və yenidənqurmanın simvolu

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ulu Öndər Heydər Əliyevin Kəlbəcərlə bağlı tarixi “Kəlbəcər azad olunacaq və sakinləri öz yurdlarına qayıdacaq” fikri bu gün gerçəkləşdi. Onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli hərbi və diplomatik siyasəti nəticəsində Kəlbəcər azad olundu. Bu gün Kəlbəcər cənab Prezidentin dediyi kimi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.Kəlbəcər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, zəngin maddi-mədəni irsi, təbii sərvətləri və strateji coğrafi mövqeyi ilə seçilir. Rayon ərazisində tarix boyu formalaşmış alban mədəniyyətinə aid abidələr, islam memarlıq nümunələri, mineral sular, dağ-meşə ekosistemləri Kəlbəcərin ölkəmizin mədəni və təbii irs xəzinəsində xüsusi yer tutduğunu göstərir.Coğrafi-strateji mövqeyinə görə Kəlbəcər Qarabağ bölgəsi ilə Şərqi Zəngəzur arasında mühüm körpü rolunu oynayan, Azərbaycanın təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edən bir ərazidir.Bu gün artıq 25 Noyabr — Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbənin mühüm simvolu hesab edilir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində Kəlbəcər ölkəmizə qaytarılmışdır. Bu fakt Zəfərimizin nə qədər müdrik strateji planlamanın və güclü hərbi-siyasi iradənin bəhrəsi olduğunu bir daha göstərir.
Böyük qayıdışın sürətlə aparıldığı, yenidən qurulan, müasir şəhər konsepsiyası ilə inkişaf edən Kəlbəcər bölgənin sosial-iqtisadi həyatında mühüm rol oynamağa hazırlaşır. İşğal dövründə dağıdılmış infrastrukturun bərpası, yolların çəkilməsi, elektrik və su təminatının qurulması, sərhəd-təhlükəsizlik layihələrinin həyata keçirilməsi bu ərazilərin dirçəldilməsi istiqamətində dövlətin iradəsini nümayiş etdirir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü həm də şəhidlərimizin ruhuna bir ehtiram günüdür. Bu torpaqlar uğrunda canından keçən qəhrəman övladlarımızın fədakarlığı sayəsində bu gün Kəlbəcərdə üçrəngli bayrağımız əbədi dalğalanır.Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın 21 avqust 2025-ci il tarixində azad olunmuş Kəlbəcər rayonuna səfəri bölgənin bərpası, inkişafı və yaşayışın tam bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin növbəti mərhələsini özündə əks etdirir. Bu səfər Kəlbəcərin sürətli dirçəlişinin, “Böyük Qayıdış” proqramının ardıcıllıqla və məqsədyönlü şəkildə həyata keçirilməsinin bariz nümunəsi oldu. Səfər çərçivəsində dövlət başçısı Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda aparılan tikinti və bərpa işləri ilə tanış oldu. Dövrün ən mürəkkəb mühəndis layihələrindən biri olan bu yolun inşası Kəlbəcərin ölkənin digər bölgələri ilə iqtisadi, logistika və turizm əlaqələrini daha da gücləndirəcək. Prezident İlham Əliyev Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoydu. Yeni salınan kompleks müasir urbanizasiya prinsiplərinə uyğun planlaşdırılır və şəhərin çoxmərhələli inkişaf konsepsiyasının tərkib hissəsidir. Ardınca Kəlbəcər şəhər parkının təməlqoyma mərasimi keçirildi. Parkın salınması şəhərin sosial məkanlarının formalaşmasına, abadlıq və ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edəcək. Səfər çərçivəsində “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı da həyata keçirildi. Bu obyekt rayonun zəngin arıçılıq ənənələrinin inkişafına, yerli istehsalın genişlənməsinə və məhsulların brend siması ilə bazara çıxarılmasına mühüm töhfə verəcək. Dövlət başçısı Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlqoyma mərasimində də iştirak etdi. Mənzillərin tikilməsi işğaldan azad olunmuş ərazilərə qayıdışın sürətləndirilməsinə və sakinlərin layiqli yaşayış şəraitinin təmin edilməsinə yönəlib. Səfərin ən önəmli məqamlarından biri Kəlbəcər sakinləri ilə görüş oldu. Prezident İlham Əliyev onlara yeni mənzillərin açarlarını təqdim etdi və Kəlbəcərin tam bərpasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Bu görüş həm geri qayıdan sakinlər, həm də bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından xüsusi rəmzi məna daşıyırdı. Kəlbəcərdə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı rayonun enerji təminatının dayanıqlığına və “yaşıl enerji” modelinin genişlənməsinə xidmət edir. Su elektrik stansiyalarının istismara verilməsi Kəlbəcərin enerji potensialından səmərəli istifadəyə şərait yaradır və regionun iqtisadi müstəqilliyini gücləndirir.                                      

Azərbaycan Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşları cənab Prezident İlham Əliyevin Kəlbəcərin yenidən qurulması, sosial-iqtisadi dirçəldilməsi və strateji inkişafı ilə bağlı müəyyənləşdirdiyi hədəflərin icrası istiqamətində ardıcıl və fədakar fəaliyyət göstərirlər. Azad olunmuş Kəlbəcərin müasir şəhər standartlarına uyğun şəkildə yenidən formalaşdırılması, uzunmüddətli inkişaf platformasının yaradılması və əhalinin dayanıqlı məskunlaşması üçün həyata keçirilən tədbirlər böyük sistemli işin nəticəsidir.

Xüsusi nümayəndəlik Kəlbəcər rayonuna investorların və iş adamlarının cəlb olunması, iqtisadiyyatın dirçəldilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması üçün mühüm təşəbbüslər irəli sürür. Rayonun turizm potensialının inkişaf etdirilməsi, xüsusilə də dağ iqlimi, mineral su yataqları, yaylaq turizmi, ekoturizm və müalicəvi turizm istiqamətlərinin canlandırılması məqsədilə genişmiqyaslı layihələr hazırlanır. Bütün bu fəaliyyətlər yeni iş yerlərinin yaradılmasına, region iqtisadiyyatının güclənməsinə və əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Xüsussi nümayəndə cənab Bəşir Hacıyev və əməkdaşları tərəfindən Kəlbəcərdə məskunlaşmış sakinlərlə mütəmadi görüşlərin keçirilməsi, onların qayğı və ehtiyaclarının yerindəcə araşdırılması xüsusi nümayəndəliyin fəaliyyətinin əsas prioritetlərindəndir. Sakinlər dövlətin diqqət və qayğısını hər gün hiss etdiklərini, xüsusilə nümayəndəlik rəhbərliyinin və əməkdaşlarının daim onların müraciətləri ilə maraqlandığını məmnunluqla qeyd edirlər. Bu, cənab Prezident İlham Əliyevin dövlət idarəçiliyində insan amilinə, vətəndaş məmnunluğuna, şəffaflığa və sosial məsuliyyətə verdiyi önəmin bariz nümunəsidir.

Xüsusi nümayəndəlik eyni zamanda Kəlbəcərin tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri ilə bağlı maarifləndirici fəaliyyətləri geniş ictimaiyyətə təqdim edir. Tarixi faktların, mədəniyyət nümunələrinin, etnoqrafik xüsusiyyətlərin, həmçinin Kəlbəcərin əsrlər boyu formalaşmış zəngin irsinin cəmiyyətə çatdırılması rayonun mədəni kimliyinin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

Milli nemətimiz olan Kəlbəcər balının ölkə və dünya miqyasında tanıdılması istiqamətində görülən işlər xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ikı ilk dəfə təşkil edilən “Kəlbəcər Bal Festivalı” regionun təbii sərvətlərinin, kənd təsərrüfatı potensialının və yerli istehsal imkanlarının təbliği baxımından mühüm tədbir olmuşdur. Bu festivalın hər il keçirilməsi üçün aparılan hazırlıq işləri Kəlbəcər balının beynəlxalq arenada brend kimi tanıdılmasına doğru atılmış strateji addımlardır.
 İlk dəfə 25 Noyabr – Kəlbəcər Şəhəri Gününün yüksək səviyyədə təşkil olunması, Zəfərimizin və Kəlbəcərin azadlığının təntənəli şəkildə qeyd edilməsinin bariz nümunəsidir. Bu, həm də cənab Prezidentin imzaladığı sərəncamın yüksək səviyyədə icrasının aydın göstəricisidir. Xüsusi nümayəndəlik tərəfindən Kəlbəcər rayonu ərazisində təşkil olunan ağacəkmə kampaniyaları və imecilik aksiyaları da xüsusi önəm daşıyır. Bu tədbirlər doğma Kəlbəcərin ekoloji mühitinin yaxşılaşdırılmasına, təbiətin bərpasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə xidmət edir. Eyni zamanda, bu layihələr Kəlbəcərin gələcək nəsillərə daha sağlam, müasir və abad şəkildə çatdırılması məqsədinin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyinin fəaliyyəti bölgənin inkişaf konsepsiyasının praktiki icrasını təmin etməklə yanaşı, Kəlbəcərin sosial-iqtisadi dirçəldilməsinə, mədəni irsinin yaşadılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən kompleks tədbirlər sistemini əhatə edir. Bu fəaliyyətlər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı quruculuq siyasətinin Kəlbəcərdə uğurla reallaşmasının göstəricisidir.Qarabağ Zəfərinin əbədiləşən tarixi olan 25 Noyabr – Kəlbəcər Şəhəri Günümüz mübarək olsun!

Bu gün təkcə bir şəhərin deyil, bütöv Azərbaycan xalqının zəfər iradəsini, dövlətimizin gücünü və quruculuq əzmini təcəssüm etdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Kəlbəcərin azadlığı xalqımızın qürur və şərəf salnaməsinə qızıl hərflərlə yazıldı.
Uca dağları, saf təbiəti və qədim yurd yaddaşı ilə Kəlbəcər bu gün yenidən dirçəlir, inkişaf edir və Böyük Qayıdışın parlaq rəmzinə çevrilir.

Həbib Misirov,

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Noyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri