Icma.az
close
up
RU
Kəlbəcər Şəhəri Günü: Zəfərin və Qayıdışın Zirvəsi.

Kəlbəcər Şəhəri Günü: Zəfərin və Qayıdışın Zirvəsi.

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, bu əlamətdar gün rəsmi şəkildə Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Noyabrın 25-də Azərbaycanın ən dilbər guşələrindən olan Kəlbəcərin azad edilməsindən beş il ötüb. Kəlbəcərin işğaldan qurtuluşu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, sərkərdəlik məharəti və Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində mümkün olub.25 noyabr 2025-ci ildə Kəlbəcər şəhərində ilk dəfə Şəhər Günü təntənə ilə qeyd edildi. Şəhər Günü tədbirində dövlət rəsmiləri, şəhid ailələri, qazilər, ziyalılar, YAP Kəlbəcər rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, partiya fəalları, mədəniyyət və incəsənət xadimləri, rayon ictimaiyyəti, şəhər sakinləri və şəhərin qonaqları iştirak edirdilər. Bu geniş və rəngarəng iştirakçı topluluğu tədbirə həm ehtiramın, həm də dirçələn Kəlbəcərə duyulan dərin məhəbbətin xüsusi ovqatını əlavə edirdi.Kəlbəcər Şəhəri Günü münasibətilə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə geniş və rəngarəng bir tədbirlər proqramı həyata keçirildi. Doğma yurda qayıdan sakinlər və bu bayram ovqatını bölüşmək üçün Kəlbəcərə üz tutan qonaqlar həmin gün yenidən doğulan şəhərin ritminə qarışdılar.

Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcər şəhər sakinlərini, şəhid ailələrini, Vətən müharibəsi qazilərini və doğma yurda gəlmiş bütün qonaqları Kəlbəcər Şəhəri Günü münasibətilə səmimi qəlbdən təbrik etdi.Xüsusi nümayəndə Bəşir Hacıyev çıxışında xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin Kəlbəcərli soydaşlarımıza daim göstərdiyi diqqət və qayğını xatırladaraq, bu siyasətin bu gün də ardıcıllıqla davam etdirildiyini vurğuladı. Bəşir Hacıyev qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan tarixi Zəfər Azərbaycanın bütün bölgələrində olduğu kimi, Kəlbəcərdə də yeni bir dövrün qapılarını açdı. Xüsusi nümayəndə Kəlbəcərdə geniş vüsət almış quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurlu icrası barədə ətraflı məlumat verərək bildirdi ki, illər boyu susmuş ocaqlar yenidən alovlanır, boşalmış yurd yerləri yenidən nəfəs alır. Onun sözlərinə görə, bu dönüş təkcə bir qayıdış deyil — tarix qarşısında ədalətin bərpasıdır.“Bu gün Kəlbəcərdə həm çəkilən əzabların, həm dözülən ağrıların, həm də uzun illərin həsrətinin göz önündə əriyib yox olduğu gündür,” - deyən Bəşir Hacıyev, Şəhər Gününün Zəfərin bayrama çevrildiyi unudulmaz bir məqam kimi tarixə düşdüyünü vurğuladı.

O, hər bir Kəlbəcər sakinini bu yenidən doğuluşun bir parçası olmağa çağıraraq, qarşıdakı inkişaf mərhələsinin birlik, iradə və böyük ruhla daha möhtəşəm olacağına inamını ifadə etdi.

Günün ilk anlarından “Kəlbəcər – obyektivdən tarixə” adlı fotosərgi ziyarətçilərə açıldı. Eksponatlar Kəlbəcərin keçmişini, işğar illərinin izlərini və bu günün dirçəlişini kadrların dili ilə danışdırdı — dağların yaddaşı, çayların pıçıldadığı xatirələr sanki şəkillərin arasından yenidən axıb gəldi.Azərbaycan Milli Xalça Muzeyinin “Yaddaş” sərgisi isə bölgənin çoxqatlı sənət ruhunu oyadaraq hər ilmədə əsrlərin nəfəsini hiss etdirdi. Elə həmin məkanda təqdim olunan “Kəlbəcərin palitrası” rəsm sərgisi və təşkil edilən ustad dərsləri uşaqların, yaradıcı gənclərin xəyal dünyasında yeni yollar açdı. Ənənəvi sənətkarlıq nümunələrinin sərgisi isə qədim Kəlbəcərin sənət əlçimlərini bu günə daşıyan canlı bir körpü oldu. Günün ən sevilən səhnələrindən biri Gəncə Dövlət Milli Dram Teatrının çıxışı idi. Abdulla Şaiqin məşhur “Tıq-Tıq xanım” nağıl-tamaşası kəlbəcərli balacaların qəlbində işıqlı bir sevinc ocağı yandırdı və şəhər gününün üzərinə nağılabənzər yumşaqlıq çiledi.İncəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı şəhəri musiqi dalğası kimi qucaqladı. Tədbirin kulminasiyası isə Kəlbəcərin gecə səmasını al-əlvan çalarlarla işıqlandıran atəşfəşanlıq oldu. Parlaq alovlar sanki dirçəliş yolunda addımlayan Kəlbəcərin yeni səhifəsinə imza atdı.Bu silsilə tədbirlər yalnız bir bayram deyildi Kəlbəcərin yenidən doğulan ruhuna yazılmış canlı bir qeyd, mədəniyyətin bu torpaqda yenidən kök atmasının işıqlı bəyanı idi.Cənab Prezidentin Kəlbəcər Şəhəri Günü ilə bağlı imzaladığı sərəncamın bölgədə ən yüksək səviyyədə həyata keçirilməsinin canlı şahidi olduq. Tədbirin hər detalı sərgidən səhnə kompozisiyasına, musiqidən işıq təsvirlərinə qədər böyük zövq və düşünülmüş yanaşma ilə hazırlanmışdı. Kəlbəcərin bərpası və yenidən dirçəliş ruhu tədbirin bütün məqamlarında hiss olunurdu.Xüsusi olaraq tonqal mərasimi tədbirin ruhunda ayrıca bir səhifə açdı. Bu tonqal adi alov deyildi; o, həm qayıdışın, həm dirçəlişin, həm də birlik ruhunun simvolu idi.Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və nümayəndəliyin əməkdaşları tədbirin hər bir detalını inçəliklə hazırlamışdılar. Onların zəhməti təkcə tədbirin uğurunda yox, həm də qonaqlara göstərilən diqqət və nəzakət mühiti ilə hiss olunurdu. Qonaqlar üçün yaradılan şərait, qarşılanma və müşayiət prosesi yüksək dövlət mədəniyyətinin bariz nümunəsi idi. Bu Şəhər Günü yalnız bir tədbir deyildi Kəlbəcərin yenidən doğuluşunun, Zəfərin gətirdiyi iradənin və bu torpağa qayıdış sevincinin bayramı idi. Bu gün Kəlbəcər öz dövlətinin diqqət və qayğısını ən parlaq şəkildə hiss etdi və bir daha sübut olundu ki, həyat bu dağlarda yenidən cücərir, ruhu isə daha da möhkəmlənir. Kəlbəcər Şəhəri Gününün yüksək səviyyədə keçirilməsinə verdikləri töhfəyə görə Prezidentin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev başda olmaqla bütün kollektivə təşəkkürümüzü bildiririk. Bu möhtəşəm bayram tədbiri Zəfərimizin ruhuna, Kəlbəcər və kəlbəcərlilərin adına göstərilən dəyərin parlaq təcəssümü oldu.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri