Icma.az
close
up
RU
Kəlbəcər yenidən inşa olunur Kamaləddin Qafarov

Kəlbəcər yenidən inşa olunur Kamaləddin Qafarov

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

“Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən və eyni zamanda xalqın tarix yaddaşının mühüm sütunlarından biridir. Bu diyarın hər qayası, hər vadisi min illərin səsini yaşadır”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, “Kəlbəcər” adının özü belə keçmişimizin dərin qatlarından gəlir. “Çay üstündə qala” mənasını verən bu toponim bölgənin həm coğrafi mövqeyini, həm də strateji əhəmiyyətini aydın göstərir. Buradakı təbii mağaralar, qayaüstü təsvirlər, çöp işarəli türk əlifbası nümunələri, müxtəlif dini mərhələlərin izlərini daşıyan abidələr Kəlbəcərin təkcə bir coğrafi məkan deyil, həm də sivilizasiyaların qovuşduğu tarixi bir zirvə olduğunu təsdiqləyir. Bu uca dağların qoynunda yaşayan xalqımız əsrlər boyu öz mədəniyyətini qoruyub, bölgənin sərt təbiətində həyatını davam etdirib, bu torpağı özünün ayrılmaz yurdu kimi yaşadıb”.
Millət vəkili qeyd edib ki, keçən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Kəlbəcərin də taleyinə ağır bir zərbə vurdu: “1993-cü ildə rayonun işğalı minlərlə ailənin doğma yurdlarından didərgin düşməsinə, yüzlərlə günahsız insanın qətlə yetirilməsinə səbəb oldu. Kəlbəcər kimi təbii sərvətlərlə zəngin bir bölgə tamamilə talan edildi, tarixi abidələr, məktəblər, kitabxanalar, mədəniyyət evləri və müəssisələr vəhşicəsinə dağıdıldı. Beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsini yerinə yetirmədi. İşğal illərində Kəlbəcər bölgəsinin həm insani, həm mədəni, həm də iqtisadi potensialına ağır zərbə vuruldu. Bu illər Azərbaycan xalqının yaddaşına həm də ədalətsizliyə qarşı mübarizənin, dözümün və səbirli gözləntinin simvolu kimi həkk olundu. 2020-ci ilin Vətən müharibəsi Kəlbəcərin taleyində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu ilk günlərdən etibarən Kəlbəcər istiqamətində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan ordusunun hərəkət imkanlarını demək olar ki, tam məhdudlaşdırdı. Bu, ümumi qələbənin əsas şərtlərindən biri idi və nəticədə 10 noyabr Bəyanatı ilə Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı. 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi rəsmən təsis olunması isə bu tarixi qayıdışın rəmzinə çevrildi. Bu gün Kəlbəcər öz dirçəliş dövrünü yaşayır. Şəhərsalma layihələri, yeni yaşayış məhəllələri, kəndlərin bərpası, su elektrik stansiyalarının qurulması, müasir avtomobil yollarının çəkilməsi bölgəni qısa zamanda yenidən həyat dolu bir məkana çevirir. Yeni Kəlbəcər təkcə bir rayonun yox, bütöv Azərbaycanın gücünün, iradəsinin və dövlətçilik əzminin təcəssümüdür. Bu dirçəlişin arxasında güclü siyasi iradə, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi strateji inkişaf xətti və xalqımızın sarsılmaz birliyi dayanır”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Noyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri