Icma.az
close
up
RU
Kamaləddin Qafarov: “ Kəlbəcər yenidən inşa olunur”

Kamaləddin Qafarov: “ Kəlbəcər yenidən inşa olunur”

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən və eyni zamanda xalqın tarix yaddaşının mühüm sütunlarından biridir. Bu diyarın hər qayası, hər vadisi min illərin səsini yaşadır”.

Bu sözləri 25 noyabr – Kəlbəcər Şəhəri Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, “Kəlbəcər” adının özü belə keçmişimizin dərin qatlarından gəlir. “Çay üstündə qala” mənasını verən bu toponim bölgənin həm coğrafi mövqeyini, həm də strateji əhəmiyyətini aydın göstərir. Buradakı təbii mağaralar, qayaüstü təsvirlər, çöp işarəli türk əlifbası nümunələri, müxtəlif dini mərhələlərin izlərini daşıyan abidələr Kəlbəcərin təkcə bir coğrafi məkan deyil, həm də sivilizasiyaların qovuşduğu tarixi bir zirvə olduğunu təsdiqləyir. Bu uca dağların qoynunda yaşayan xalqımız əsrlər boyu öz mədəniyyətini qoruyub, bölgənin sərt təbiətində həyatını davam etdirib, bu torpağı özünün ayrılmaz yurdu kimi yaşadıb.”

Millət vəkili qeyd edib ki, keçən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Kəlbəcərin də taleyinə ağır bir zərbə vurdu:

“1993-cü ildə rayonun işğalı minlərlə ailənin doğma yurdlarından didərgin düşməsinə, yüzlərlə günahsız insanın qətlə yetirilməsinə səbəb oldu. Kəlbəcər kimi təbii sərvətlərlə zəngin bir bölgə tamamilə talan edildi, tarixi abidələr, məktəblər, kitabxanalar, mədəniyyət evləri və müəssisələr vəhşicəsinə dağıdıldı. Beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsini yerinə yetirmədi. İşğal illərində Kəlbəcər bölgəsinin həm insani, həm mədəni, həm də iqtisadi potensialına ağır zərbə vuruldu. Bu illər Azərbaycan xalqının yaddaşına həm də ədalətsizliyə qarşı mübarizənin, dözümün və səbirli gözləntinin simvolu kimi həkk olundu. 2020-ci ilin Vətən müharibəsi Kəlbəcərin taleyində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu ilk günlərdən etibarən Kəlbəcər istiqamətində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan ordusunun hərəkət imkanlarını demək olar ki, tam məhdudlaşdırdı. Bu, ümumi qələbənin əsas şərtlərindən biri idi və nəticədə 10 noyabr Bəyanatı ilə Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı. 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi rəsmən təsis olunması isə bu tarixi qayıdışın rəmzinə çevrildi. Bu gün Kəlbəcər öz dirçəliş dövrünü yaşayır. Şəhərsalma layihələri, yeni yaşayış məhəllələri, kəndlərin bərpası, su elektrik stansiyalarının qurulması, müasir avtomobil yollarının çəkilməsi bölgəni qısa zamanda yenidən həyat dolu bir məkana çevirir. Yeni Kəlbəcər təkcə bir rayonun yox, bütöv Azərbaycanın gücünün, iradəsinin və dövlətçilik əzminin təcəssümüdür. Bu dirçəlişin arxasında güclü siyasi iradə, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi strateji inkişaf xətti və xalqımızın sarsılmaz birliyi dayanır”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri