Icma.az
close
up
RU
Kəlbəcərdə Polis Günü qeyd edilib Görüntülər

Kəlbəcərdə Polis Günü qeyd edilib Görüntülər

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2-İyul Azərbaycan Polisi Günü münasibəti ilə keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, polis heyəti iştirak edib.

Modern.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümumilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haxverdi Əkbərov çıxış edərək Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 2 iyulun Azərbaycan Polisi Günü elan olunduğunu qeyd etmişdir. Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etmişdir.

Daha sonra YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinin Şəxsi Heyətlə İş üzrə rəis müavini, polis polkovnik-leytenantı Eyyub Hüseynov və polis veteranı Vurğun Ağamalıyev çıxış edərək Azərbaycan Polisinini zaman-zaman keçdiyi çətin və şərəfli yoldan geniş bəhs etmişlər.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev öz çıxışında Azərbaycan Polisinin tarixinə nəzər salaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Polisinin güclü maddi-texniki bazası olması, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olmasını qeyd etmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Kəlbəcər RİH başçısı Azər Qocayev və Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi, Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini peşə bayramları münasibətilə təbrik edir, dövətimizin sabitliyinin, insanların həyat və sağlamlığının, hüquq və azadlıqlarının qorunması işində Azərbaycan polisinə uğurlar arzulayıblar.

Qeyd edək ki, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiyinə görə Kəlbəcər Rayon Polis şöbəsinin bir qrup polis əməkdaşları Kəlbəcər RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.Sonda xatirə şəkili çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyul 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri