Kəlbəcərdə zabit vəfat etdi
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Ordusunun zabiti vəfat edib.
Bakupost.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissələrinin birində baş verib.
Əslən Ağcabədi rayonundan olan leytenant Azad Ziyad oğlu Qasımov xidmət etdiyi hərbi hissədə vəfat edib.
Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq.
A.Qasımov ailəli idi, bir övladı var.
Faktla bağlı araşdırma aparılır.

