Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Kəlbəcərə portalsız gediş nə zaman mümkün olacaq ÇAĞIRIŞ

Kəlbəcərə portalsız gediş nə zaman mümkün olacaq ÇAĞIRIŞ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Vətəndaşa xidmət dövlət idarəçiliyinin əsas prinsipidir.”

Bu prinsip Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət məmurları qarşısında dəfələrlə səsləndirdiyi əsas tələblərdən biridir. Lakin bəzən tətbiq olunan inzibati qərarlar vətəndaşlarda haqlı suallar doğurur. Belə məsələlərdən biri də “Yolumuz Qarabağa” portalının bu günə qədər Kəlbəcər rayonu üçün aktivləşdirilməməsidir.

Son günlər Subyekt.az informasiya portalına Kəlbəcər sakinlərindən və digər vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur. Müraciət müəllifləri eyni sualı ünvanlayırlar: Niyə “Yolumuz Qarabağa” portalı digər azad edilmiş rayonlarda tətbiq olunduğu halda Kəlbəcər üçün hələ də açıq deyil?

Bu mövzu Prezidentin Kəlbəcər rayonunda Xüsusi Nümayəndəliyinin rəhbəri Bəşir Hacıyevin son açıqlamasından sonra daha da aktuallaşıb. Cənab Hacıyev çıxışında Kəlbəcərin mina təhlükəsinin yüksək olduğu rayonlardan biri olduğunu bildirib. Mina təhlükəsi şübhəsiz ki, ciddi təhlükəsizlik məsələsidir və dövlətin əsas prioritetlərindən biridir. Lakin məsələyə faktlar əsasında yanaşmaq da vacibdir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmi məlumatlarına əsasən, işğaldan azad olunmuş ərazilər arasında mina ilə ən çox çirklənmiş rayonlar ilk növbədə Füzuli, Ağdam və Tərtər hesab olunur. Bu, həmin ərazilərin uzun illər təmas xətti boyunca yerləşməsi ilə bağlıdır. Kəlbəcərdə də mina təhlükəsi mövcuddur, xüsusilə Murovdağ istiqamətində. Ancaq bu fakt avtomatik olaraq rayonun bütün ərazisinin vətəndaşların girişi üçün tam qapalı saxlanılmasını izah etmir.
Burada ortaya haqlı sual çıxır.

Əgər mina təhlükəsi əsas arqumentdirsə, bəs necə olur ki, “Yolumuz Qarabağa” portalı vasitəsilə Ağdam rayonuna səfərlər həyata keçirilir, lakin Kəlbəcərə belə imkan yaradılmır?

Bu gün Kəlbəcər şəhərində artıq rəsmi olaraq məskunlaşmış ailələr yaşayır. Rayon ərazisində yüzlərlə tikinti layihəsi icra olunur. Fermerlər mövsümi fəaliyyətlərini həyata keçirirlər. Turizm şirkətləri Kəlbəcərə müntəzəm turlar təşkil edirlər. Otellər, restoranlar və digər xidmət obyektləri fəaliyyət göstərir.

Belə olan halda sadə Azərbaycan vətəndaşının öz doğma yurdunu ziyarət etmək hüququnun məhdudlaşdırılması hansı zərurətdən irəli gəlir?

Bu gün işğaldan azad olunmuş Kəlbəcərin azad edilməsindən beş ilə yaxın vaxt keçir. Buna baxmayaraq, minlərlə kəlbəcərli hələ də ata-baba yurduna yalnız uzaqdan baxmaq məcburiyyətində qalır. Xüsusilə yaşlı nəslin nümayəndələri üçün bu məsələ daha həssasdır. Onların bəziləri bəlkə də son dəfə doğmalarının məzarını ziyarət etmək, dağıdılmış evlərinin yerini görmək arzusundadır.

Tanınmış jurnalist Zülfüqar Hüseynzadənin üç il əvvəl doğma Başlıbel kəndində dünyasını dəyişməsi də bu torpaqlara bağlılığın nə qədər güclü olduğunu göstərən nümunələrdən biridir.

Əlbəttə, təhlükəsizlik məsələsi heç vaxt müzakirə predmeti olmamalıdır. İnsan həyatı hər şeydən üstündür. Lakin təhlükəsizliklə vətəndaş hüquqları arasında balansın qorunması da dövlət idarəçiliyinin əsas prinsiplərindəndir.

Əgər Kəlbəcərdə daimi yaşayış mümkündürsə, dövlət qurumları fəaliyyət göstərirsə, tikinti işləri aparılırsa, turist qrupları qəbul edilirsə, sahibkarlıq subyektləri fəaliyyət göstərirsə, o zaman “Yolumuz Qarabağa” portalının məhz Kəlbəcər üçün bağlı saxlanılması obyektiv izah tələb edir.

Bu gün hotellər müəyyən prosedurlar vasitəsilə qonaqlarını qəbul edə bilir. Bəs rayonun restoranları, iaşə obyektləri, xidmət müəssisələri necə inkişaf etməlidir? Əgər bir vətəndaş yalnız bir günlük Kəlbəcərə gedib axşam geri qayıtmaq istəyirsə, bunun hüquqi mexanizmi niyə mövcud deyil?

Bu vəziyyət həm sahibkarlığın inkişafını ləngidir, həm də vətəndaşlarda süni inzibati maneələrin yaradıldığı barədə təsəvvür formalaşdırır.

Subyekt.az olaraq Kəlbəcər sakinlərinin və çoxsaylı oxucularımızın müraciətinə qoşulur, aidiyyəti dövlət qurumlarını məsələyə yenidən baxmağa çağırırıq.

Təhlükəsizlik tədbirləri qorunmaqla, “Yolumuz Qarabağa” portalının Kəlbəcər rayonu üçün də aktivləşdirilməsi həm vətəndaşların konstitusion hərəkət azadlığına, həm də bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər.

Çünki Qarabağa aparan yol yalnız asfalt və tunellərdən ibarət deyil.

O yol həm də insanların doğma torpağına qovuşması, ata-baba yurduna dönüşü və dövlət-vətəndaş etimadının möhkəmlənməsi yoludur.

Rövşən Hüseynli

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 İyun 2026 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri