Kəlbəcərin 113 yaşlı sakini: Ağlaya ağlaya gəlmişdim, indi isə gülə gülə qayıdıram
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İllərlə o yerlərin həsrəti ilə yaşadım, bir gün yenidən qayıdacağımıza ümidimi itirmədim. Kəlbəcərdən ağlaya-ağlaya gəlmişdim, indi isə gülə-gülə qayıdıram".
Oxu.Az xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində Kəlbəcərdən olan keçmiş məcburi köçkün, 113 yaşlı Xeyrənisə Baxışəliyeva deyib.
Onun sözlərinə görə, 44 günlük müharibənin sonunda Zəfər Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü ordu və xalqın birliyi sayəsində əldə edilib:
"Prezidentimiz və güclü ordumuz olmasaydı, mən Kəlbəcərin həsrətində qalardım. İndi isə mən sevinə-sevinə uşaqlığımı, gəncliyimi və 80 yaşıma qədər yaşadığım doğma torpağıma qayıdıram. Biz orada çox xoşbəxt və mehriban yaşayırdıq, yaxşı qonşularımız var idi. Son bir arzum qalıb, cənab Prezident Kəlbəcərdə qonağım olsun, mən ona çay gətirim".
Qeyd edək ki, X.Baxışəliyevanın üç oğlu, 10 nəvəsi, 18 nəticəsi və üç kötücəsi var.
Baxış sayı:72
Bu xəbər 15 Sentyabr 2025 06:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















