Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyeva Honkonqda beynəlxalq simpoziumda Azərbaycanı təmsil edib
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
31 yanvar – 2 fevral 2026-cı il tarixlərində Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Aynur Səfiyeva Honkonqda keçirilən “Beynəlxalq kolorektal xəstəliklər” simpoziumunda elmi məruzə ilə çıxış edib.
Dr.Aynur Səfiyevanın “Kolorektal qeyri-adenomatoz poliplərdə CD133 istifadəsi və risk stratifikasiyası” mövzusunda təqdimatı simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və elmi müzakirələrə səbəb olub. Müasir diaqnostik yanaşmalar və riskin qiymətləndirilməsi ilə bağlı təqdim edilən nəticələr beynəlxalq mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. İki gün davam edən simpoziumda cəmi 8 aparıcı məruzəçi çıxış edib. Onların sırasında azərbaycanlı alimin yer alması Azərbaycan səhiyyəsinin və elmi potensialının beynəlxalq miqyasda tanınmasının bariz göstəricisidir.
Qeyd edək ki, Dr. Aynur Səfiyeva Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı olmaqla yanaşı, Azərbaycan Kolorektal Cərrahi Dərnəyinin elmi katibi, Avropa Koloproktoloji Cərrahi Dərnəyinin Şərqi Avropa üzrə regional təmsilçisidir. Onun beynəlxalq elmi platformalarda fəal iştirakı ölkəmizin tibb elminin inkişafına mühüm töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Fevral 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















