Icma.az
close
up
RU
AŞPA da köhnə ritorika: Bakı üçün seçim anı

AŞPA da köhnə ritorika: Bakı üçün seçim anı

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işini yekunlaşdırıb. Sessiya müddətində beynəlxalq təhlükəsizlik, regional münaqişələr, insan hüquqları, Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və Assambleya daxilində gedən siyasi proseslər əsas müzakirə mövzuları olub.

AŞPA çərçivəsində aparılan müzakirələrdə Azərbaycana münasibətdə selektiv və qərəzli yanaşmalar müşahidə olundu, siyasi mövqelər bir çox hallarda obyektiv faktları kölgədə qoyuv.

AŞPA-nın qış sessiyasında iştirak etmiş hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, AŞPA tribunası illərdir Azərbaycanla bağlı reallıqları nəzərə almayan, siyasi simpatiyalara əsaslanan çıxışlar üçün istifadə edilib.

Ekspert diqqətə çatdırıb ki, bu tendensiya cari sessiyada da davam etdirilib:

“Azərbaycan nümayəndə heyətinin uzun müddətdir AŞPA sessiyalarında iştirak etməməsi Bakı ilə Assambleya arasında münasibətlərin soyuq qalmasının əsas göstəricisidir. Mövcud ikili standartlara baxmayaraq, Azərbaycanın AŞPA tribunasından kənarda qalması vəziyyəti dəyişmir. Məhz buna görə Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıdaraq ölkənin mövqeyini birbaşa ifadə etməsi, əsassız ittihamlara yerində cavab verməsi və milli maraqları beynəlxalq müstəvidə daha effektiv şəkildə müdafiə etməsi zəruridir”.

Əhməd Şahidov: Azərbaycanın AŞPA-ya qayıtması zəruridir

Ə.Şahidov vurğlayıb ki, Azərbaycan Avropa Şurasının və AŞPA-nın tam hüquqlu üzvü olaraq qalır:

“Ölkəmizin bu platformadan tam kənarda qalması uzunmüddətli perspektivdə milli maraqlara uyğun deyil. AŞPA-nın qərəzli yanaşmalarına baxmayaraq, Azərbaycanın bu quruma qayıdaraq mövqeyini birbaşa tribunadan ifadə etməsi və əsassız ittihamlara yerində cavab verməsi daha effektiv və rasional yanaşma ola bilər”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Fevral 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see371

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see272

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see269

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see244

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see243

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see238

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see233

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see232

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see230

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see228

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see227

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see225

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see219

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see215

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see210

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see203

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see199

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see192

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see174

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri