Icma.az
close
up
RU
Kəlbəcərin qürur günü: Tarixi ədalətin bərpası xalqımızın birliyinin nəticəsidir

Kəlbəcərin qürur günü: Tarixi ədalətin bərpası xalqımızın birliyinin nəticəsidir

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycan tarixinin ən yadda qalan günlərindən biridir. 25 Noyabr Kəlbəcərin işğaldan azad olunduğu gündür. Bu gün təkcə bir rayonun deyil, bütöv bir xalqın qürur, dönüş və Zəfər günüdür. 

Kəlbəcərin işğaldan azad olunması həm şəhidlərimizin əziz xatirəsini yaşadan, həm də ordumuzun qəhrəmanlığını göstərən tarixi  nailiyyətdir.

Bu barədə Moderator.az-a danışan Milli Məclisin deputatı Vüqar Rəhimzadə edib ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qazandığımız şanlı Qələbə nəticəsində işğala son qoyuldu, tarixi ədalət bərpa edildi:

“44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində işğalçı düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər, Ağdam və Laçın bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Həmin sənəddə bu ərazilərimizin boşaldılması günləri də qeyd edilmişdi. Kəlbəcərin 15 noyabr tarixində boşaldılması nəzərdə tutulsa da qarşı tərəf əlavə 10 gün vaxt istədi. Kəlbəcər rayonu noyabrın 25-də  Azərbaycana təhvil verildi.  Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər simasının və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri boşaldan işğalçılar rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar”.

Deputat qeyd edib ki,  erməni vandalizminə məruz qalmış digər azad olunmuş ərazilərimiz kimi azad Kəlbəcər də bu gün yeni inkişaf dövrünü yaşayır, dövlətimizin gücü sayəsində yenidən qurulur:

“Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımları sırasında xüsusi əhəmiyyət kəsb edən işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna 2021-ci ilin 16 avqust tarixində reallaşdırdıqları ilk səfər burada Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Ötən beş ildə Prezident İlham Əliyev bu rayona 7 səfər edib. Hər bir səfər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, görülən işlərlə tanışlıq ilə yadda qalıb. Artıq “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” da təsdiq edilib. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə  təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin  məktəb, uşaq bağçasının,  2 xəstəxananın,  reabilitasiya mərkəzinin, İşğal və Zəfər muzeylərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi  yaşıllıqlardan ibarət olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin 21 avqustunda Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər.  20 ailəyə mənzillərin açarları təqdim edildi.  Bu günədək  Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini nümayiş etdirir. Digər azad olunmuş ərazilərimiz kimi Kəlbəcər də artıq canlanır, buraya həyat qayıdır”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri