Kelloq: ABŞ döyüşlərin mövcud cəbhə xəttində dayandırılmasını istəyir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün döyüş əməliyyatlarının cəbhə xəttində dayandırılmasını istəyir.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Brüsseldə keçirilən Alman Marşall Fondunun forumunda bildirib.
“Biz döyüşlərin hazırkı mövqelərdə dayandırılmasına nail olmaq istəyirik. Kim haradadırsa, həmin ərazi onun nəzarətində qalacaq. Bu, hüquqi tanınma deyil, de-fakto vəziyyətdir. Daha sonra uşaqların və əsirlərin geri qaytarılması, eləcə də təkcə Ukrayna üçün deyil, Avropa üçün də əlverişli olan sabit atəşkəs reallaşdırılmalıdır,” – Kelloq bildirib.
Bu mövzuda digər xəbərlər:Tramp: ABŞ Qəzzada döyüşlərin dayandırılmasını istəyir
08 Aprel 2025 00:45
Kelloq: “ABŞ Rusiyanın narahatlığını anlayır” VİDEO
30 May 2025 13:27
Kelloq: “ABŞ ın NATO müttəfiqləri qorxaqdırlar”
03 Aprel 2026 15:28
Kelloq Umerovla görüşdü
13 Sentyabr 2025 17:01
Kelloq: Ukrayna ABŞ münasibətləri yenidən yoluna düşüb
12 Aprel 2025 11:53
Baxış sayı:127
Bu xəbər 13 İyun 2025 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















