Icma.az
close
up
RU
“Kelloq Trampa Ukraynadakı müharibənin başa çatdırılması üçün variantlar təqdim edəcək“ “Bloomberg“

“Kelloq Trampa Ukraynadakı müharibənin başa çatdırılması üçün variantlar təqdim edəcək“ “Bloomberg“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tramp və komandası Avropanı Ukraynaya dəstəkdə daha fəal rol oynamağa çağırır..."

Donald Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi, istefada olan general Kit Kelloq qarşıdakı həftələrdə ABŞ prezidentinə müharibənin dayandırılması üçün mümkün sülh planlarını təqdim etməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Qeyd edilir ki, Kelloq fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşməlidir. O, həmçinin Kiyevə və digər Avropa paytaxtlarına səfər edəcək. Lakin Moskvanı ziyarət etməyi planlaşdırmır.

Kelloqun Avropa rəsmiləri ilə Ukraynadakı hər hansı bir sülh razılaşmasının təmin edilməsi üçün çəkindirici qüvvələr yaratmaq təşəbbüsünü müzakirə edəcəyi gözlənilir. Mənbələrin sözlərinə görə, ABŞ bu prosesə öz qoşunlarını göndərməyə ehtimal ki, razı olmayacaq, lakin digər dəstək formalarını təmin edə bilər.

Bundan əlavə, xüsusi nümayəndənin Avropanı müdafiə xərclərini artırmağa çağıracağı bildirilir, bu, Trampın əvvəllər dəfələrlə tələb etdiyi bir məsələdir. "Semafor" nəşri yazır ki, Kelloq Tramp üçün müxtəlif ssenarilər hazırlayır. Mənbələrin fikrincə, bu, ABŞ liderinin Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparması üçün zəmin yarada bilər.

Bundan öncə Ağ Ev rəhbəri müharibəni dayandırmaq üçün Putinlə birbaşa danışmağa hazır olduğunu bildirib. O, həmçinin Rusiya lideri danışıqlara razı olmazsa, yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

Moskvaya təzyiq məsələsinə gəldikdə, bəzi Avropa rəsmiləri ABŞ-a Rusiyanın enerji sektoruna qarşı daha sərt tədbirlər görməyi tövsiyə edir. Bunların arasında neft üçün tətbiq olunan qiymət həddinin aşağı salınması və dondurulmuş Rusiya aktivlərindən istifadə edilməsi də var.

Digər tərəfdən, Tramp və komandası Avropanı Ukraynanın dəstəyində daha fəal rol oynamağa çağırır. Vaşinqton eyni zamanda Kiyevdən yardım qarşılığında təbii resurslarına, xüsusən də strateji əhəmiyyətli faydalı qazıntılara çıxış imkanı verməsini və daha çox Amerika enerji resursları almasını gözləyir.

Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması

"The Telegraph" nəşri xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün hazırlanan sülh planı üzərində işi müvəqqəti dayandırıb. Bu addım NATO müttəfiqlərinə danışıqlar prosesində iştirak üçün daha çox imkan yaratmaq məqsədilə atılıb.

Qeyd edilir ki, Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq əvvəlcə NATO-nun 31 üzv dövlətinin liderləri ilə məsləhətləşmələr aparmaq istəyir. O, bu danışıqlarda hər hansı mümkün sülh sazişinin formasını və hökumətlərin bu prosesə nə dərəcədə töhfə verəcəyini müəyyənləşdirməyə çalışacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri