Kəlmə Kəlməyə : 1/8 mərhələnin daha bir vacib qarşılaşması
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
ATV-nin "Kəlmə-Kəlməyə” meyxana şousunda daha bir ¼ finalçının adı məlum olacaq.
Qaynarinfo xəbər verir ki, bu həftə meyxanaçılar Pərviz Həşimov və Tərlan Xəlilov üz-üzə gələcəklər.
Uzun zamandır gözlənilən 1/8 mərhələnin ən maraqlı duellərindən biri hesab olunan bu görüşə ilk olaraq Pərviz ev sahibliyi edəcək.
Belə ki, hər zaman maraqlı meyxanası ilə seçilən Tərlan ilk görüşdən yaxşı çıxışı ilə cavab görüşünə daha rahat getmək istəyəcək. Pərviz isə ev sahibi kimi ilk görüşdən rəqibini üstələyib səfərə inamlı getmək üçün "söz davası”na çıxacaq.
Qeyd edək ki, "Kəlmə-Kəlməyə”nin Pərviz Həşimov və Tərlan Xəlilov arasında keçiriləcək 1/8 mərhələsinin ilk qarşılaşması 21 fevral saat 22:00-da baş tutacaq. Cavab görüşü isə 28 fevral saat 22:00-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:344
Bu xəbər 20 Fevral 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















