Kəmalə Hüseynli: İqlim dəyişikliyinin mərkəzində su dövriyyəsinin dəyişməsi dayanır
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İqlim dəyişikliyinin mərkəzində su dövriyyəsinin dəyişməsi dayanır.
"Report" xəbər verir ki, bunu COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli-Abışova tədbir çərçivəsində təşkil olunmuş "İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası" adlı tədbirdə bildirib.
"Bunu deməyə ehtiyac yoxdur, çünki hər gün dünyanın müxtəlif yerlərində bunun şahidi ola bilərik. Su dövriyyəsi əsasən iqlim dəyişikliyinin təsiri ilə dəyişir. Biz iqlim platformalarında su haqqında da danışmalıyıq, çünki bu, fikrimizcə birbaşa aktual mövzudur. Azərbaycanda su təhlükəsizliyi ilə bağlı çətinlikləri bilirik. Yəqin ki, siz Xəzər dənizinin daralmasının həyəcanverici dərəcədə şitmisiniz. Dünyanın əksər yerlərində suya bir problem kimi baxılır, həm də həll yoludur. Bu, həm də təsirin azaldılması və uyğunlaşma strategiyalarının bir hissəsidir", - deyə o qeyd edib.
Nümayəndə əlavə edib ki, bu gün COP29 platformasında ilk su bəyannaməsi təqdim ediləcək: "Bu, COP 29 prezidentliyinin İqlim üçün Su Fəaliyyəti təşəbbüsüdür. Bu təşəbbüslə biz İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoquna başlamaq niyyətindəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 Noyabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















