Icma.az
close
up
RU
Kəmaləddin Heydərov bir sıra görüşlər keçirdi Video

Kəmaləddin Heydərov bir sıra görüşlər keçirdi Video

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Aleksandr Kurenkov, Fələstin Dövləti Mülki Müdafiə İdarəsinin baş direktoru Əkrəm Tavabta, İordaniya Haşimilər Krallığı İrbid Mülki Müdafiə İdarəsinin direktoru Yusif Əhməd Salem Əl-Şakatreh, Küveyt Dövləti Yanğınsöndürmə Xidmətinin rəis müavini Məhəmməd Əli Əl-Qətani, Bəhreyn Krallığının Mülki müdafiə üzrə baş direktoru Əli Məhəmməd Casim Yusuf Əl-Kəbaisi və Səudiyyə Ərəbistanı Krallığının Mülki müdafiə üzrə baş direktoru Humud Süleyman Əlfərac ilə görüşüb.

Axar.az xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan nazir K.Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışıb, Azərbaycan dövlətinin əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə hər zaman xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Nazir fövqəladə halların sərhəd tanımaması və ildən-ilə artan risklər fonunda fəlakətlərə qarşı ölkələrin birgə və əlaqələndirilmiş fəaliyyətlərinin vacib olduğunu qeyd edib. Bu mənada, Beynəlxalq Mülki Müdafiə Təşkilatının dünya ölkələrinin səylərinin birləşdirilməsi baxımından mərkəzi rolu vurğulanıb, ölkəmizdə keçirilən təşkilatın İcraiyyə Şurasının 58-ci sessiyasının faydalı olacağına əminlik ifadə edilib.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini bildirən qonaqlar Bakıda keçirilən BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Görüşlərdə uyğun qurumlar arasında əlaqələrin hazırkı vəziyyəti və inkişafı perspektivlərindən danışılıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Tərəflər əminlik ifadə ediblər ki, Bakıda keçirilən sessiya, ikitərəfli görüşlər və aparılan müzakirələr istər BMMT çərçivəsində, istərsə də ikitərəfli əsasda ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələri yeni müstəviyə çıxaracaq.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:414
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 İyul 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri