Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Malayziyaya səfər edib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi Nazirliyin nümayəndə heyəti Malayziyaya səfər edib.
XQ xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Malayziya Mülki Müdafiə Qüvvələrinin baş komissarı Məhəmməd Abidin Abd Rəhman ilə görüşüb. Görüşdə iqlim dəyişikliyi, təbii fəlakətlərin intensivləşməsi və texnogen qəzalar fonunda fövqəladə halların idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha da artdığı vurğulanıb.
Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası ilə Malayziyanın fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında fəlakətlərin və böhranların idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, birgə təlim və ixtisasartırma proqramlarının həyata keçirilməsi qarşılıqlı faydalıdır. Bu kontekstdə hazırki səfərin və aparılan müzakirələrin əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















