Icma.az
close
up
RU
Kəmərləyici dəmrov (yayılmış dəri xəstəliyi)

Kəmərləyici dəmrov (yayılmış dəri xəstəliyi)

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

El arasında deyirlər ki, suçiçəyini uşaq vaxtı çıxarmaq yaxşıdır, çünki yaşlananda daha ağır keçir.

Amma çoxları kəmərləyici dəmrov xəstəliyini yaradan əsas səbəbin məhz uşaqlıqda çıxarılan suçiçəyi olduğunu bilmir.

Kəmərləyici dəmrov – Herpes zoster – suçiçəyi infeksiyasını törədən virusla əlaqədar inkişaf edən infeksion xəstəlikdir. Bu virus Herpes ailəsinə aiddir. Uşaqlıqda keçirilmiş suçiçəyindən sonra bu virus orqanizmdə qalır. Emosional stress, onkoloji xəstəliklər, kimyəvi müalicələr, uzun müddətli hormonal və immunodepressiv müalicə kimi immun müqaviməti zəiflədən hallar zamanı on illərlə “mürgüləyən” Herpes infeksiyası fəallaşır və kəmərləyici dəmrovun inkişafına rəvac verir. Hansı yaşda olmasından asılı olmayaraq suçuçəyi keçirən insan kəmərləyici dəmrova potensial namizəd sayılır. Xəstəliyə əsasən 60 yaşdan yuxarı olanlarda rast gəlinir. Xəstə ilə əlaqəsi olan uşaqlarda isə suçiçəyi infeksiyası inkişaf edir.

Kəmərləyici dəmrovun bir neçə forması var: dəri, göz və qulaq, qanqrenoz (nekrotik), vegetativ qanqlionların zədələnməsi ilə gedən, meninqoensefalitik, disseminə olunmuş (yayılmış) formalar.

Ən çox xəstəliyin dəri forması yayılıb. Xəstəlik kəskin şəkildə halsızlıq, qızdırma, səpgilər əmələ gələcəyi nahiyədə zəif qaşınma və güclü yandırıcı ağrı ilə başlayır. Adətən həmin mərhələdə ağrının səbəbi aydın olmur. Sinirlərin istiqaməti boyu 3-5 santimetrlik çəhrayı ləkələr, səpgilər əmələ gəlir. Təxminən bir sutkadan sonra onların fonunda içi şəffaf maye ilə dolu qovuqcuqlar (vezikullar) yaranır. Səpgilər ən çox döş qəfəsinin dərisində yaranır və kəmərləyici xarakter daşıyır. 2-4 həftə ərzində qovuqcuqların üzərində əmələ gələn sarımtıl-qəhvəyi qartmaqlar quruyur və qopduqdan sonra yerində piqment ləkələr qalır. Adətən ağrı çox güclü olur, azacıq toxunma, hərəkət və soyuğun təsiri zamanı artır. Səpgilər əmələ gəldikdən sonra ağrıların intensivliyi nisbətən azalır, lakin həftələr və aylarla davam edir. Nadir hallarda xəstəlik səpgisiz, yalnız intoksikasiya və ağrı ilə özünü göstərir. Belə hallarda diaqnoz qoymaq olduqca çətin olur.

Kəmərləyici dəmrovun göz formasının gedişatı olduqca ağırdır və üçlü sinirin zədələnməsi ilə müşayiət olunur. Səpgilər üçlü sinirin şaxələri boyu yayılır, gözün və burunun selikli qişasında, üz dərisində lokalizasiya olur. Çox vaxt göz alması da zədələnir, virus keratiti, bəzi hallarda irit və qlaukoma inkişaf edir.

Qanqrenoz forma adətən orqanizmin müqaviməti çox zəifləyən zaman müşahidə olunur, dərinin dərin zədələnməsi və nekrozla nəticələnir.

Meninqoensefalitik kəmərləyici dəmrova nadir hallarda rast gəlinir və ağır forma hesab olunur. Dəri əlamətləri ilə başlasa da, bir neçə gündən sonra meninqoensefalit əlamətləri – ataksiya (müvazinətin pozulması), hallüsinasiya, huşun alaqaranlıqlaşması inkişaf edir.

Herpes zoster QİÇS infeksiyasının ilk əlamətlərindən biri ola bilər. Belə immundefisitli xəstələrdə infeksiya daha ağır keçir, yayılmış forma üstünlük təşkil edir. Səpgilərin xarakteri suçiçəyini xatırladır, yaranma müddəti bir həftəyə qədər uzanır, quruması üçüncü həftəyə çəkir.

Hərəki sinirlər zədələndikdə iflic, həmçinin pnevmoniya, hepatit, onikibarmaq bağırsağı  və sidik kisəsinin zədələnməsi ilə ağırlaşa bilər. Üçlü sinirin və gözlərin müxtəlif dərəcəli zədənməsi müşahidə oluna bilər.

2006-cı ilin mayında ABŞ-da kəmərləyici dəmrov əleyhinə vaksin hazırlanıb. Vaksin yaşı 60-dan yuxarı olan şəxslər üçün nəzərdə tutulub. Onlara uşaqlara vurulan suçiçəyi peyvəndinin böyük dozası vurulur. Səkkiz illik istifadə təcrübəsi göstərir ki, uşaqlıqda suçiçəyi keçirənlərə peyvənd edilməsi onlarda kəmərləyici dəmrovla xəstələnmə hallarının sayını minimuma endirir, xəstəliyə yoluxanlar isə prosesi yüngül keçirirlər.

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün xəstəlik başlayandan səpgilər qabıqlanana qədər çimmək qadağan olunur. Xəstəliyin ilk günlərində intoksikasiya və ağrını azaltmaq, infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Virus əleyhinə, ağrıkəsici, immunstimulyator və vitamin preparatları təyin olunur, dərinin səpgi olan nahiyələri antiseptik və virus əleyhinə məlhəmlərlə işlənir.

Səpgilər quruyanadək hər gün bir dəfə brilliant yaşılı ilə işlənir.

Dəmrovun müalicəsində xalq təbabəti üsullarından da istifadə olunur. Lakin bu üsullardan istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

- Səpgiləri isti qızarmış soğanla qurutmaq olar. Baş soğanın qabığı soyulur, alt hissəsi kəsilir, çəngələ taxılaraq ocağın üstünə tutulur. Qızardıqdan sonra bir qədər soyudulur və isti halda səpgilərin üzərinə qoyulur. Tam soyuduqdan sonra qızarmış hissə kəsilib atılır və prosedur təkrar edilir.

- Dərinin zədəli hissələrinə əvvəlcə təmiz kərə yağı sürtülür, üzərinə xardal çəkilir, pambıq parça qoyulur və gecə səhərədək saxlanır.

- Gördəvər bitkisinin təzə yarpaqları əzilir və alınan kütlə səpgilərin üzərinə qoyulur, tənziflə sarınır və bir gecə saxlanır.

- Dəmrovotu, yovşan, dağtərxunu, solmaz-çiçəyi kimi acı bitkilərin hər hansı birindən 1 xörək qaşığı 1 stəkan qaynar suya tökülərək dəmləmə hazırlanır. Tənzif salfet dəmləmədə isladılır, üstünə bir çimdik duz səpilir, xəstə nahiyəyə sarınır və üzərindən yun şal bağlanır. Sarğı 30 dəqiqə saxlanır.

- 1 xörək qaşığı külün üzərinə 3 diş xırdalanmış sarımsaq və 2 xörək qaşığı bal əlavə olunur. Alınan məlhəm gündə iki dəfə dərinin zədələnmiş nahiyələrinə çəkilir.

- Təzə dəmrovotu ətçəkən maşından keçirilir, tənziflə şirəsi sıxılır. Şirənin yarısı qədər 40 faizli spirt əlavə olunur. Pambıq parça alınan cövhərdə isladılır və dərinin zədəli nahiyəsinə islatma qoyulur. 12 saatdan sonra islatma götürülür və yenidən təkrarlanır. Müalicəni üç gün aparmaq lazımdır. Sonra bir neçə gün çaytikanı yağı sürtülür.

Müalicə zamanı immuniteti möhkəmləndirən vasitələrdən də istifadə olunur:

- 1 xörək qaşığı exinaseya otu 1 stəkan qaynar suda dəmlənir və xəstəyə içirilir.

- 2 filtr-bağlama İmmunotea çayı 1 stəkan qaynar suda dəmlənir, gündə üç dəfə 1 stəkan içilir.

- Gündə 2-3 dəfə Şəfa vitamini qəbul edilir.

Mənbə: Herba Flora jurnalı


Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri